"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları" müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məşqlərini davam etdirirlər.
MN-dən “İki sahil”ə verilən məlumata görə, artilleriyaçılarımız təqdim edilən silahlara texniki baxış keçirib, mərhələlərin şərtləri və atış nöqtələrinin texniki imkanları, eləcə də təhlükəsizlik qaydaları ilə tanış olublar.
Hazırlıq prosesini yekunlaşdıran komandamız atıcı silahlardan, qumbaraatanlardan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.
Yaşar Gülər: Veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib