13 avqust 2022 02:14
735

Sayılı günlər qaldı...

Laçındakı və Zabuxdakı ermənilər torpaqlarımızdan rədd olacaqlar

Laçın şəhərinin və rayonun ermənilər yaşayan kəndlərinin boşaldılması üçün müəyyən edilmiş vaxt azaldıqca ermənilər arasında çaxnaşmalar və qarşılıqlı ittihamlar da artmaqdadır. Ermənistanda, həmçinin Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarət zonasında yaşayan erməni əhalinin böyük əksəriyyəti Azərbaycanın tələbi və diqtəsi ilə reallaşacaq həmin prosesin qarşısıalınmaz olduğunun fərqindədirlər. Onlar yaxşı bilirlər ki, 2020-ci il noyabr ayının 9-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış Bəyanatın 6-cı bəndinə uyğun olaraq müvəqqəti “sakinlər” 30 il əvvəl işğal etdikləri tarixi torpaqlarımızı tərk edərək yaşadıqları evləri boşaltmağa məcburdurlar. Necə deyərlər, özgə atına minən tez düşər...

Yeri gəlmişkən qeyd edək ki, avqustun 11-də Qarabağ iqtisadi rayonunu ilə Ermənistanı əlaqələndirəcək yeni, Laçın dəhlizinə alternativ yolun Azərbaycana düşən hissəsində işlərin başa çatdığı elan edilib. Yolun çəkilişinin sürətlə yekunlaşması isə Ermənistanı indi çətin vəziyyətə salıb. Belə ki, düşmən ölkə yolun öz ərazisinə düşən 11 km-ə yaxın hissəsinin çəkilişini ləngitməklə üçtərəfli Bəyanatın 6-cı bəndinin həyata keçirilməsini də əngəlləməyə çalışırdı. Lakin Azərbaycanın qətiyyəti qarşısında geri çəkilməyə məcbur olan Ermənistan hakimiyyəti tez-bazar yeni yolun Ermənistan ərazisinə düşən hissəsinin çəkilişlərinə başlayıb. Yerli kütləvi informasiya vasitələrinin xəbərlərinə görə, bunun üçün aidiyyəti qurumlar birdən-birə üç podratçı cəlb ediblər. İstənilən halda işlərin ən tezi 2023-ci ilin yaz aylarına qədər yekunlaşacağı mümkün olacaq. Bu isə o deməkdir ki, ermənilər Qarabağdan Ermənistana yolun Azərbaycana düşən hissəsində bir müddət əvvəl erməni blogerin etiraf etdiyi kimi “güzgü kimi asfalt yol”la, Ermənistan ərazisində isə qarşıdan gələcək yağışlı-qarlı havalarda palçıqlı torpaq yolla hərəkət etməli olacaqlar.  

Yenə də erməni mediasının məlumatına görə, Laçın şəhərindən və Zabux kəndindən köç bir neçə gündür ki başlayıb, ancaq yüklərin daşınması üçün nəqliyyat çatışmazlığı var. Belə ki, vaxt məhduddur, Ermənistanın heç bir şirkəti yükdaşıyan maşınları və benzini pulsuz vermək, heç kim Zabuxda qeyri-qanuni məskunlaşmış olan “livanlılara” düşdükləri vəziyyətdə kömək etmək istəmir.

Erməni xisləti isə görünür, heç vaxt düzələn deyil. Belə ki, Laçını və bu rayondakı kəndlərimizi tərk etməyə hazırlaşan ermənilər yaşadıqları evləri 30 il əvvəl işğal etdikləri zaman, həmçinin Kəlbəcəri tərk edərkən olduğu kimi yandırmağa təşəbbüs göstəriblər. Özü də bunu utanmadan jurnalistlərə açıqlamalarında da etiraf ediblər: “Bizim olmayacaqsa, qoy heç kimə qalmasın.” Yalnız “evləri yandıranlara heç bir konpensasiya verilməyəcək” xəbərdarlığından sonra mənfur əməllərindən əl çəkiblər. Allaha şükürlər olsun ki, cəmi 30 il yaşadıqları torpaqlarımızı “vətən” adlandıraraq özününküləşdirmək istəyən əcnəbi məxluqların rədd olub getməklərinə çox qalmayıb.

Ancaq gözlənildiyi kimi, reallıqla barışmayaraq Bəyanatın 6-cı bəndinin icrasından öz siyasi ambisiyalarını reallaşdırmaq üçün istifadə etməyə çalışan ermənilər də az deyil. Hətta Azərbaycan Silahlı Qüvvələrinin cəmi bir neçə gün əvvəl keçirdiyi “Qisas” əməliyyatından da nəticə çıxarmayan revanşist erməni siyasətçiləri yaranmış vəziyyətdən Ermənistanın baş naziri Nikol Paşinyana qarşı istifadə etməyə çalışır, mövcud hakimiyyəti satqınçılıqda və guya torpaqları Azərbaycana pay verməkdə ittiham edirlər. Son hadisələr nəticəsində ermənilər tərəfindən Rusiya sülhməramlılarına qarşı ittihamların artdığı da müşahidə olunur. Bir sözlə, revanşistlərin fikrincə, indi hamı günahkardır...

Əslində isə Rusiya sülhməramlıları həmişəki kimi ermənilərə qarşı loyal münasibət sərgiləməkdə davam edirlər. Belə olmasaydı onlar son günlər Ermənistanın xeyli sayda müxalifətçilərinin Azərbaycan ərazisinə qeyri-qanuni daxil olmalarına göz yummaz, bəlkə də şərait yaratmızdılar.

Bir neçə gün əvvəl Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyanın, ardınca isə onun gəlişindən ürəklənən “Ermənistan” blokunun bir qrup deputatının qanunsuz olaraq Qarabağa gəlmələri növbəti dəfə ciddi suallar doğurur. Erməni KİV-in məlumatına görə Qarabağa, Xankədiyə gələnlər arasında erməni müxalifətinin liderlərindən olan, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Paşinyan əleyhinə mitinqlərin əsas təşkilatçılarından olan Artur Vanetsyan, həmçinin digər müxalifətçilərdən Aqnesa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan da var. Təfərrüatlar açıqlanmasa da onların Laçında, Zabuxda və Xankəndidə müxtəlif görüşlər keçirdikləri bildirilir.

Hər hansı qanunsuz müqavimətin, yaxud məqsədli şəkildə törədilə biləcək hansısa təxribat cəhdinin ermənilər üçün yarada biləcəyi problemləri yəqin ki erməni müxalifətçilər də dərk etməmiş deyillər. Rusların köməkliyi ilə baş tutan bu addımların yalnız bir məqsədi ola bilər – Azərbaycan ərazisinə gəlməklə guya xalqın yanında olmaq kartından Ermənistanda siyasi proseslərdə öz xeyirlərinə istifadə etməyə çalışmaq. Bu qeyri-qanuni səfərlərin baş tutması üçün imkanlar isə Laçın dəhlizinə alternativ yolun istifadəyə verilməsi ilə tam aradan qalxacaq. Az qalıb, lap az. Necə deyərlər, sayılı günlər... 

Mahir Rəsuloğlu, “İki sahil”