13 avqust 2022 08:55
494

Serbiya bacardıqca Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Serbiya anti-Rusiya sanksiyaları məsələsində öz siyasətini davam etdirəcək və bacardıqca sanksiyalar tətbiq etməyəcək.

"İki sahil" xəbər verir ki, bunu Prva TV telekanalına müsahibəsində Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

"Biz öz siyasətimizi [Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində] bacardığımız qədər davam etdirəcəyik. Və mənim "bacardığımız qədər" sözüm siyasi səhnədəki digərlərindən <...> daha güclüdür. Bizim siyasətimiz Avropa yolu ilə getmək, adət-ənənələrimizi, dostluğumuzu qorumaq, özümüzə güvənmək, müstəqil olmaqdır", - deyə A.Vuçiç bildirib.