Londonda qadağan olunmuş “Palestine Action” təşkilatına dəstək məqsədilə keçirilən etiraz aksiyası zamanı 20-dən çox şəxs saxlanılıb.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, saxlanılan şəxslər terrorizm haqqında 2000-ci il qanununa əsasən ittiham olunurlar və hazırda polis nəzarətindədirlər. Vestminsterdə keçirilən aksiya zamanı çəkilmiş fotolarda bir qrup nümayişçinin “Soyqırıma qarşıyam, “Palestine Action”a dəstəyəm” yazılı plakatlar tutduğu görünür.
“Palestine Action” qrupu iyulun 5-dən etibarən rəsmi olaraq Böyük Britaniyada terror təşkilatı kimi tanınıb. Bu qərar təşkilatın hüquqşünaslarının məhkəmədə yasağın qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra qüvvəyə minib.
Qanuna əsasən, bu qrupun üzvü olmaq və ya ona açıq şəkildə dəstək ifadə etmək cinayət sayılır və bu, 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Pakistan prezidenti Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndiyini bildirib
Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Ukrayna Qara dənizdə XBKK-nın infrastrukturuna zərbələr endirməyəcəyini vəd edib