“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.
Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.
Yaşar Gülər: Veteranlar Vətənə və öz vəzifələrinə sarsılmaz sədaqət nümayiş etdiriblər
Zakir Həsənov Pekində Çin müdafiə naziri ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib