18 avqust 2022 22:59
733

Dişin ağrıyır çək qurtar

Heç bilirdinizmi ki, karies dünyada ən yayılmış xəstəlik sayılır. Yer kürəsində yaşayan insanların 95-99%-də karies var.

Ağız içində 300-dən çox bakteriya növü var.

Dünyada ən bahalı diş İsaak Nyutona aiddir. O,1816-ci ildə auksionların birində 3300 dollara satılmışdı.Çox maraqlıdır ki, bu dişi alan aristokrat onu üzüyünə qiymətli daş kimi yerləşdirib.

Dişlər həzm sisteminin vacib hissələrindən biridir. Bütün mədə-bağırsaq sistemi orqanlarının sağlamlığı dişlərin sağlamlığından çox asılıdır. Hətta 1 dişin olmaması həzm sisteminə çox mənfi təsir edir.

 Bəlkədə iyrənc səslənsə də, lakin Qədim Romadan dişləri təmizləmək üçün sidik ifrazatından istifadə olunurdu.

İlk diş fırçaları Çində yaranmışdı. Onlar  donuz, at, porsuq tüklərindən hazırlanırdı. Müasir neylon fırçalar isə 1938-ci ildə Qərbdə hazırlanmağa başlanıldı.

İlk diş pastası isə  həkim Vaşinqton Şeffild Uentvort  tərəfindən 1892-ci ildə istehsal olunmuşdur.

 Meksikada süd dişi düşən zaman onu toplayan mifik Diş Pərisi mövcuddur. Bəzi ölkələrdə isə  süd dişi düşən zaman onu  siçan apardı deyirlər.

Diş minası insan bədənindəki ən sərt maddədir.  Çox maraqlıdır ki, 300 kq yükə belə  qırılmadan dözəl bilər.

Bədəndə olan kalsiumun əsasən  99%-i dişlərdə və sümüklərdə olur.

Kariesli dişlər orqanizmdə olan xroniki infeksiyaların mənbəyi hesab olunur. Xroniki infeksiyalar isə ən çox ürək-damar sistemində və oynaq sistemində xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

Yaponiyalı alimlərin düşüncələrinə görə, gündə üç dəfə dişlərini fırçalayan insanlar nadir hallarda artıq çəkidən əziyyət çəkirlər.  Onlar 14 min insanı həyat tərzinə diqqət etdikdən sonra bu qənaətə gəlmişdilər.

Çində dişlərə aid maraqlı bir bayram mövcuddur. “ Dişlərə sevgi günü” adlanan həmin bayram sentyabrın 20-si keçirilir.

Ağız boşluğunda uzun müddətli infeksiyaların olması xroniki allergik reaksiyalara səbəb olur.

Çox qəribədir nədənsə ABŞ-ın Rod-Ayland ştatında qanuni olaraq şənbə günləri mağazalarda diş fırçası satmaq qadağandır.

İlk elektrikli diş fırçası İkinci Dünya müharibəsindən sonra İsveçrədə istehsal olunmuşdur. İndi   dünya əhalisinin 12% elektrikli diş fırçasından istifadə edir.

Diş kariesi ilə  bağlı maraqlı faktlardan biri də odur ki, sən demə orta əsrlərdə karies varlı  insanların əsas  rəmzi imiş.  Varlı ailələrə mənsub olan insanlar yalnız onlarda kariesə səbəb olan şirniyyat məhsullarını yeyirdilər. Deyilənlərə görə o zamanlar ağ və  sağlam dişlər dəbdə deyildi və adətən ağ dişli insanlar aşağı təbəqələrin nümayəndələri idi.

Maraqlıdır ki, eskimoslarda və Cənub Palmir dağlarında yaşayan qunzu tayfasında kariesə təsadüf edilmir.

Sən demə, müasir şokolad məhsullarının tərkibində    olan kakao tozunun diş çürüklərinin inkişafına mane olur. Lakin  bu məhsul yalnız tərkibində şəkər olmadığı təqdirdə faydalıdır.

 Son zamanlara qədər Britaniya adalarında  diş protezləri məşhur toy hədiyyəsi kimi tanınırdılar. Beləliklə insanlar onsuzda yaşlandıqca dişlərin töküləyəcəyini bildiyi üçün, özlərini gənc yaşlarından bəri bu prosesə hazırlayırdılar.

Çay içərkən tünd şokoladdan istifadə edin, çünki o, kariesin yaranmasına səbəb olmur.

Qadınlarda karies  kişilərlə müqayisədə 2 dəfə daha çox rast gəlinir. Bunu əsasən hamiləlik zamanı kalsiumun orqanizmdən yuyulması ilə əlaqələndirirlər. Bundan əlavə qadınlar şirniyyatlara daha meyillidirlər.

Əsasən 40-45 yaşdan sonra kariesin inkişafı xeyli ləngiyir.

Stomatoloqların dediklərinə görə, kariesin inkişafı irsi faktorlarla bağlıdır.

Alman alimləri müəyyən etmişlər ki, gün ərzində  qreypfrut yemək ağız boşluğu xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

ABŞ-ın Vermont ştatının qanunlarına əsasən qadının ərinin yazılı icazəsi olmadan diş protezindən istifadə etməyə haqqı yoxdur.

Mütəxəssislər kariesdən qorunmaq üçün pendir yeməyi tövsiyə edirlər.

Samirə Tağıyeva, “İki sahil”

Bölmədən digər xəbərlər