19 avqust 2022 14:19
954

Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır

27 sentyabr 2020-ci il tarixdə başlayan 2-ci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı.Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər Vətən Müharibəsində qazandığımız uğurların nəticəsidir. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihə və proqramalara möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən özü rəhbərlik edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələrinin icrası ilə bağlı IX Qlobal Bakı Forumunun Şuşada “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış” mövzusunda keçirilən  iclasda da ətraflı məlumat verilib.

Dövlət başçısının bildirdiyi kimi: Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Qarabağda bölgə iqtisadiyya­tının dirçəldilməsi, erməni faşiz­minin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastruktu­run yaradılması diqqət mərkəzində saxlanılır. İğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturunun qurulması layihələrinin icrası da xüsusi diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, təcavüzkar Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa xarabazara çevirdiyi kimi, II Qarbağ savaşının davam etdiyi 44 gündə cəbhə bölgəsində dinc əhalinin yaşadığı şəhər və kəndlərdə də irimiqyaslı dağıntı və təlafatlar törətmişdir. Bütün bu cinayətlərin irimiqyaslı dağıntılarla nəticələnməsinə baxmayaraq, müharibə Azərbaycanın qələbəsi ilə başa çatan gündən təmas xəttinə yaxın bölgələrdə və işğal­dan azad edilmiş ərazilərdə zəruri bərpa-quruculuq işlərinə start verilmişdir. İşğaldan azad edilmiş ərazilərdə və keçmiş təmas xəttində irimiqyaslı minatəmizləmə işləri ilə yanaşı, əsas infrast­ruktur layihələri də sürətlə gerçəkləşdirilmişdir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında aparılan çoxşaxəli və irimiqyaslı bərpa-quruculuq işləri artıq geniş vüsət almışdır. Göründüyü kimi, Qarabağın və Şərqi Zəngəzurun bərpası, bu bölgələrdə zəruri quruculuq işlərinin aparılması ölkəmizdə prioritet istiqamət kimi müəyyən edilmiş və uğurla davam etdirilməkdədir.

Ölkəmizdə aparı­lan quruculuq işlərində fəal iştirak edən və bu sahədə ciddi uğurlar qazanan Heydər Əliyev Fondu da Qarabağın mədəni irsinin bərpa edilməsində və humanitar yönlü obyektlərin yaradılmasında yaxın­dan iştirak edir. Qara­bağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait oldu­ğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bu tədbirlər Prezi­dent İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm önəm daşıyır. Əlverişli coğrafi mövqeyə, zəngin enerji ehtiyatlarına malik Azərbaycan bu gün dünyada qlobal əhəmiyyətli layihələrin müəllifi kimi tanınır. Ölkəmiz həm də Şərqlə Qərbi, Şi­malla Cənubu birləşdirən nəqliyyat qovşağı və logistik mərkəz rolunu oynayır. Quruculuq layihələrinin uğurlu icrası dövlətimizin gücünün nəyə qadir olduğunu dünyaya bir daha aşkarcasına  nümayiş etdirir.

Müşfiq Səfərov, 
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri