Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvarts və səfirliyin nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
"Azərkosmos"dan "İki sahil"ə verilən məlumata görə, görüşdə qonaqlara "Azərkosmos"un fəaliyyəti, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr, gələcək inkişaf planları barədə məlumat verilib, ölkədə kosmik sənayenin inkişafı istiqamətində Almaniya şirkətləri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Bundan əlavə, kosmik sahədə mütəxəssislərin yetişdirilməsi üzrə təhsil proqramlarının inkişafından, o cümlədən elmi tədqiqat imkanlarından bəhs edilib.
Bundan başqa, qonaqlar gələn il Bakının ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri barədə məlumatlandırılıb, Almaniyanın kosmik sahə üzrə fəaliyyət göstərən agentlikləri və şirkətləri tədbirdə aktiv iştirak etməyə dəvət olunub.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ