Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
"İki sahil" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Respublikasının Prezidentinə raport verdi.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamladı.
Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ