01 sentyabr 2022 03:42
630

Beyni inkişaf etdirmək bu qədər sadədir?

Rusiyalı ekspertlər Vladimir Xavinson və Tatyana Trofimova nə üçün vərdişlərimizi dəyişməli olduğumuz və gündəlik fəaliyyətlərin beyinə necə fayda verə biləcəyi haqqında fikirlərini paylaşıblar.

Bildirilir ki, beyin sağlamlığının sirri gündəlik vərdişlərdədir. Ancaq bəzən onları dəyişdirmək lazımdır. Mütəxəssislərin qeyd etdiyi kimi, beynimiz üçün darıxmaq, sıxılmaq əks göstərişdir. Beləliklə, etməyə başladığımız yeni gündəlik fəaliyyətlər yaddaşımızı və digər idrak qabiliyyətlərimizi yaxşı vəziyyətdə saxlaya bilər. Söhbət neyrobikadan gedir - zehni gimnastika, beyin üçün aerobika, zehni fəaliyyəti yaxşılaşdırmağa yönəlmiş fəaliyyətlər.

Bütün məşqlərin ümumi bir cəhəti var – fərqli olduğu üçün onlar beyinə “meydan oxuyur” və yeni təcrübələr yaradırlar.

Yavaş və ya sürətli / Sol və ya sağ əl

Bu beyin məşqinin mərkəzində bir nümunə dəyişikliyi var. Əgər sağ əllisinizsə, sol əlinizlə sadə işləri (təmizləmə kimi) etməyə çalışın. Həmişə tez təmizləyirsinizsə, prosesi uzatmağa və davranışınızın tempini dəyişdirməyə çalışın.

Toxunmaqla pul sayın

Toxunma hisslərini cəlb edin. Sikkənin nominalını ölçüsünə görə hiss etməyə çalışın.

Həkimlərin fikrincə, bu cür məşqlər insult və digər zədələrdən sağalmaqda olan insanlar üçün çox faydalıdır və Alzheimer xəstəliyinin ilkin mərhələsi üçün də uyğundur.

Növbəti məşq üçün, hətta ən bayağı suallara, məsələn, "necəsən?", yeni bir şəkildə cavab verməyə çalışmaq lazımdır. Nitqinizdə yeni ifadələr işlətməyə çalışın, cavablarınızda stereotiplərdən imtina edin. Cavabınız zamanı vacib və maraqlı təfərrüatları xatırlamaq və təkrar danışmaqla siz həm də beyninizə fayda vermiş olursunuz. Bu üsul hadisələri daha yaxşı yadda saxlamağa və duyğuları xatirələrlə daha aydın əlaqələndirməyə kömək edir.

Mütəxəssislərin qeyd etdikləri kimi, ağıl üçün gimnastika gündəlik 15-20 dəqiqə edilməlidir.

Nubar Süleymanova, “İki sahil”