02 sentyabr 2022 15:25
548

Argentinada naməlum mənşəli pnevmnoniya yayılır

Argentinanın Tukuman əyalətində qısa zamanda 6 nəfərdə naməlum mənşəli pnevmoniya aşkarlanıb.

“İki sahil” xəbər verir ki, özəl xəstəxana karantinə bağlanıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrdən biri ölüb. Digərləri hospitəlizə olunub. 

Digər xəstə evdə təcrid edilib. Həkimlər pnevmoniyanın mənşəyini təyin edə bilməyib. Yoluxanların 5-i elə xəstəxana işçiləridir. Hökumət vəziyyəti ciddi nəzarətə alıb.