Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Goranboy rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri ilə birgə Borsunlu kənd şəhidi Əfqan Bəhman oğlu Həmzəyevin ailəsini ziyarət edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Səmimi keçən söhbət zamanı şəhid Əfqan Həmzəyevlə bağlı ailənin xatirələri dinlənilib.
“İki sahil” xəbər verir ki, görüş zamanı kənd sakinləri müəyyən problemli məsələlərin həlli ilə bağlı fikir və təkliflərini millət vəkilinə çatdırıb və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər.
Milli Məclisin deputatı əlaqədar qurumlara səsləndirilən problemlərlə bağlı məlumat verəcəyini bildirib. Əlavə edib ki, sakinləri narahat edən məsələləri yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcək və həllinə çalışacaq.
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" müzakirə olunur