05 sentyabr 2022 15:15
672

 Övladlarına miras qoymayan MƏŞHURLAR/FOTO

Elə məhşur insanlar var ki, özündən sonra var-dövlətini heç kimə miras qoymur. Onlardan bəzilərini sizə təqdim edirik.

Nigella Lavson

Britaniyalı jurnalist Nigella Lavson karyerası boyu bir çox mükafatlar qazanıb və bununla da böyük sərvət sahibi olub. Bundan başqa, məşhur televiziya xadimi aşpaz, həmçinin yemək kitabı yazıçısı olan Nigella Lavson 13, 12 və 11 yaşlı üç övladına bir qəpik də qoymayacağını hamıya elan edib. Belə ki, o, insanların pul qazanmaq üçün işləməyəcəyi təqdirdə, böyük boşluğa düşəcəyini bildirib.

Sting

1980-ci illərdən bəri çoxsaylı musiqi mükafatları qazanan Sting dünyanın ən uğurlu rok ulduzlarından biri kimi qəbul edilir. Bununla belə, Sting indiyə qədər 270 milyon dollarlıq sərvətini altı uşağının heç biri ilə bölüşməyəcəyini açıqlayıb.

Gene Simmons

Gene Simmons Amerikanın ən zəngin adamlarından biridir. O, həm də müğənni, bəstəkar, prodüser, sahibkar, aktyor və media nümayindəsi kimi tanınır. Hazırda 300 milyon dollarlıq sərvətə sahib olan Gene Simmonsun sərvətini övladlarına miras qoymayacağı hamıya məlumdur. Beləliklə, onun oğlu Nik Simmons və qızı Sofi Simmons atalarının sərvətindən faydalana bilməyəcəklər.

Ceki Çan

Döyüş filmlərində canlandırdığı obrazlarla böyük uğur qazanan məşhur aktyorun sərvətinin 350 milyon dollar olduğu və onun bu sərvətini xeyriyyə təşkilatlarına bağışlayacağı məlumdur. Lakin Ceki Çan oğlu Ceysi Çanın təhsilinə pul sərf edib. Aktyor köməyinin ancaq bu qədər olacağını bildirib. Açıqlamalarının birində Ceki Çan oğlunun yetərincə istedadı varsa, pulu özünün qazana biləcəyini bildirib.

Ted Turner

2,2 milyard dollar sərvəti olan Ted Turner daha çox CNN kimi tanınan Cable News Networkun qurucusudur. Beau, Teddy, Jennie, Laura və Rhett adlı 5 övladı olan məşhur sima var-dövlətini övladlarına buraxmayacağını açıqlayıb. Çünki Ted Turner övladlarının öz pulunu qazanmaq üçün işləməli olduğunu düşünən insanlardandır.

 Vüsal Cahanov, “Iki sahil”