Balakəndə bir gecədə iki mağazadan oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən ümumilikdə 1100 manat pulun, eləcə də danışıq kartlarının və mobil telefonun oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "İki sahil"ə verilən məlumata görə, məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və ilkin araşdırmalar zamanı cinayətlərin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. “İsti izlər”lə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən rayon sakini İzzət Məsiyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayətləri edib və oğurladıqları onun yaşadığı evdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Qeyd edilən faktlarla bağlı Balakən rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hər zaman əl altında: rəqəmsal gigiyenaya kompüterlə müqayisədə smartfonda daha çox önəm verilir
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Bakıda “Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilir
Bakıda "Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" müzakirə olunur