12 sentyabr 2022 17:58
663

Həkimdən soyuqdəymə əleyhinə limonad

Fitoterapevt Elnur Eldaroğlu sosial şəbəkə hesabında soyuqdəymə və qızdırma əleyhinə zoğallı sirop-limonad reseptini izləyiciləri ilə paylaşıb.

“İki sahil” xəbər verir ki, bu limonadı uşaqlar və böyüklər içə bilər.

12 ədəd zoğal, 2 balaca limon, 1 xörək qaşığı biyan kökü tozu, 2 dəstə nanə, 50 q steviya tozu, 800 ml qaynar su qarışdırılır və ilıq halda içilir.