Bu yazıda məşhur içkilərlə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.
“Coca-Cola”
Bu içki 1886-cı ildə ABŞ-ın Corciya ştatının Kolumbus şəhərinin sakini farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilmişdir. Əslində, o, bu içkini dərman vasitəsi kimi yaratmışdı. İş burasındadır ki, ABŞ-da XIX əsrdə bir çoxları morfiyə aludə olmuşdular və “Cola”nın köməyi ilə bu asılılıqla mübarizə aparırdılar. İlk “Cola”nın tərkibində alkoqol var idi. Əslində bu, koka yarpaqları ilə şərabın qarışığı əsasında hazırlanan içki idi. Lakin bir neçə müddətdən sonra içkinin resepti dəyişdirilir və koka yarpaqlarına yandırılmış şəkərdən şərbət əlavə edirlər.
“Cola”nın qazlaşdırılması isə maraqlı hadisə ilə bağlıdır. Bir səhv nəticəsində Pembertonun köməkçisi preparatı qazlı su ilə qarışdırır və dünyada ilk "Coca-cola" içkisi yaranır. Bir neçə müddətdən sonra Pemberton içkinin istehsal hüququnu "The Coca-Cola Company" şirkətinə satır. Yeni bir dad alıcıların xoşuna gəlir. Şirkət uzun illər bu sirli reseptlə milyonlar qazanır.
Əvvəllər bu soda avtomatlar sayəsində yalnız şüşələrdə satılırdı. Lakin insanlar tərəfindən artan tələbatı nəzərə alaraq şirkət öz məhsullarını ictimaiyyət arasında yaymaq məqsədilə daha əlverişli yolların axtarışına başladı. Ölümündən öncə-1888-ci ildə Con Pemberton şirkətinin bir hissəsini Asa Grigs Kandlerə satdı. Bu iş adamı şirkətin fəaliyyətini genişləndirdi və 1899-ci ildə üç sahibkar ilə birləşərək genişmiqyaslı qablaşdırma sistemini yaradaraq “Coca-Cola”nı ictimaiyyətə təqdim etməyə başladı.
“Fanta”
“Coca-Cola” müharibədən əvvəlki illərdə Almaniya və Avropanın digər ölkələrində sürətlə inkişaf edirdi. Lakin 1939 – cu ildə müharibə uğursuzluğa düçar olduqdan sonra faşist Almaniyasına idxal edilən mallar üzərinə embarqo qoyulması səbəbilə kola istehsal etmək üçün lazım olan siropları alman zavodlarına daşımaq olduqca çətinləşmişdi. Bu səbəblə müharibə zamanı Almaniyada “Coca-Cola”nın istehsalı dayandırıldı.
Buna baxmayaraq, Almaniyadakı “Coca-Cola” şirkətinin rəhbəri Max Keith bu işi tamamilə dayandırmaq istəmədi və bir neçə mövcud komponenti asanlıqla bir araya gətirdi. Bu gün bildiyimiz narıncı rəngli “Fanta” 1950 – ci illərdə sitrus bitikiləri ilə dadlandırıldı.”The Local” saytına müsahibə verən şirkət təmsilcisinin sözlərinə görə, 1955 –ci ildə İtaliyanın Neapol şəhərində yerləşən bir butulka zavodu ölkə miqyasında tədarük edilən sitrus bitkilərinindən istifadə edərək “Fanta Portağal” istehsal etməyə və satmağa başladı.
“Fanta” adı fantastik mənasını verən “fantastisch” sözündən gəlir. Bu ad ABŞ – da yerləşən “Coca-Cola” qərargahı ilə birlikdə seçildi. ABŞ – dakı istehlakçılar məhsuldan təsirlənməmişdilər və məhsulun satılması üçün həyəcanverici bir ifadəyə ehtiyac olduğunu düşünürdülər.
Lakin içkinin alman xalqı tərəfindən kifayət qədər sevildiyi zaman keçdikcə sübuta yetirildi. Buna baxmayaraq, məhsulun dünyanın digər ölkələrində satışa çıxarılması ancaq müharibədən bir neçə il sonra baş tutdu və 1970 – ci illərdən etibarən qlobal bir şöhrət əldə etdi.
Pivə
Smitson İnstitutunun məlumatına görə, şumerlər tərəfindən icad edilən pivənin yaranma tarixi təxminən eramızdan əvvəl VI əsrə gedib çıxır. Qəti əmin olmasalar da alimlər belə hesab edirlər ki, pivə çörək hazırlandığı zaman təsadüfən ixtira olunub. İçkilərin tarixini araşdıran yazıçı Xorst Dornbuş qeyd edib ki, bu regionun sakinləri daha çox açıq havada çörək hazırlamaqla məşğul olublar və çörəklər yağış yağanda islanıb parçalanırdı. Bunun qarşısını ala bilməyən sakinlər yaş xəmirin bir müddət qaldıqdan sonra fermentləşmiş mayeyə çevrildiyini görürlər.
Şampan
Bir çoxları şampanın yaranmasını rahib Pyer Perinonun adi ilə bağlasalar da, hərçənd bunun da təsdiqi yoxdur. Rəvayətlərə görə,rahib monastrlardan birində şərab hazırlanması işlərinə nəzarət edirdi. Bir gün şərab şüşəsində qabarcıqların olduğunu görür və onları yox etmək istəsə də bu alınmır. Daha da qabaran içkidən heyrətə gələn rahib dostlarına səslənir: “Qardaşlar gəlin mənim yanıma, birlikdə ulduzları içək!”
Limonad
Adi limonadın yaranma tarixi təxminən 17-ci əsrə gedib çıxır və adı avropalı mühacirlərin adi ilə bağlıdır. Çəhrayı limonadın isə daha maraqlı yaranma tarixi var. Sən demə, çəhrayı limonad tamamilə təsadüf nəticəsində yaranıb. Smits İnstitututunun yaydığı məlumatına əsasən çəhrayı limonad Henri E. Ellott tərəfindən icad olunub. Sirkdə işləyən Henrinin kokteylinin içinə təsadüf nəticəsində qırmızı konfet düşüb.İçdiyi bu kokteyl onun o qədər xoşuna gəlib ki, Henri yeni limonad növü icad edib.
Samirə Tağıyeva, “İki sahil”