Dünyanın müxtəlif yerlərində asayişi qorumaq üçün müxtəlif qaydalar tətbiq olunur. Bununla belə, bəzi ölkələrdə qadağan olunmuş vəziyyətlər insanları təəccübləndirir. Müxtəlif səbəblərə görə ağlasığmaz qadağalar edən bu ölkələrin qaydalarının arxasında duran fikirlər maraq doğurur.
Barbados
Müdafiə Qanununa əsasən Barbados Müdafiə Qüvvələrində olmayan, ictimai yerdə və ya icazəsiz kamuflyaj geyinən şəxs günahkar sayılır. Buraya ayaqqabılardan kəmərlərə, köynəklərə, şalvarlara və hətta üz maskalarına qədər hər şey daxildir və bu, bütün rəngli kamuflyaj üslublarına aiddir. Kamuflyaj geyinən hər kəs 2000 dollar cərimə, bir il həbs və ya hər ikisi ilə üzləşə bilər.
Dominika, Qana, Qrenada, Yamayka, Nigeriya, Oman, Filippin, Sent-Lüsiya, Sent Vinsent və Qrenadinlər, Səudiyyə Ərəbistanı, Trinidad və Tobaqo, Uqanda, Zambiya və Zimbabvedə də kamuflyaj paltarı geyinmək qanunsuzdur.
İran
İranda tətbiq edilən qəribə qanun kişiləri əhatə edir. Ölkədə at quyruğu saç modeli qadağandır. Çünki at quyruğunun qərb kişi saç stilindən biri hesab edildiyi üçün kişilərə qadağandır. Bu, İranda 2010-cu ildən bəri sərt qanundur.
Sinqapur
Müxtəlif qadağaları ilə tanınan Sinqapurda tibbi səbəblərə görə lazım olmadıqca saqqız çeynəməyə icazə verilmir. İnsanlar külli miqdarda cərimə ödəyə və hətta saqqız çeynədiyinə görə dəmir barmaqlıqlar arxasında həbs oluna bilərlər.
Sinqapurda bu qadağanın niyə tətbiq edildiyi ilə bağlı müxtəlif söz-söhbətlər var. Bunlardan biri də ölkədə açılan metronun saqqız ucbatından nasaz olması və ölkəyə milyonlarla dollar ziyan vurmasıdır. Digəri isə odur ki, ölkənin idarəçilərindən birinin oturacaqdakı saqqızda oturub bu hadisəyə çox əsəbləşməsidir. Lakin bu qadağanın yalnız ətraf mühitə vurduğu ziyanla bağlı olduğunu deyənlər də var.
İtalya
İtaliyanın Roma şəhərində balıq sahiblərinə kiçik yuvarlaq şüşəli akvariumlarda dekorativ balıq saxlamaq qadağandır. Çünki bu akvariumlarda balıqlar kifayət qədər oksigen ala bilmir və oksigen azlığı balıqların kor olmasına səbəb olur. Bundan əlavə, 2005-ci ildə Romada qüvvəyə minən qaydada belə balıqların hədiyyə olaraq verilməsi qadağandır.
Romada başqa bir diqqətçəkən qadağa isə it sahiblərinə aiddir. Əgər itiniz varsa və onu gəzdirmirsizsə, 700 dollar cərimə ilə qarşılaşa bilərsiz.
Vüsal Cahanov, “İki sahil”