KÖŞƏ

Vəli İlyasov

Nensi "nənə"nin nağılları...

21 sentyabr 2022 01:16
1089

Amma göydən üç alma düşməyəcək

Səksən iki yaşlı Nensi Pelosi Ermənistana gəldi və özü ilə ermənilərin ağzını sulandıran nağıllar gətirdi... Şirin vədlərdən doyunca dadan sarsaq ermənilər inanıb sevindilər. Axı, onlar ömürləri boyu şirin nağıllar üçün hər cür gicbəsərliyə gediblər. Sonuncu uyuşdurucu yuxunu otuz dörd il əvvəl gördülər və axırı xeyir olmadı...

ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana səfərində ermənilərə elə yağlı vədlər verib ki, onların həqiqətə çevriləcəyinə inanmaq olmur. Bunu biz yox, ermənilərin özləri deyirlər. Ancaq onlardan biri lap "quşu gözündən vurub." Tanınmış politoloq Stepan Danielyan mətbuata açıqlamasında bildirib ki, “İrəvana gələn amerikalı spiker Nensi Pelosinin əsas məqsədi yaxında olan növbəti seçkilərdə ABŞ-da yaşayan ermənilərin səslərini almaqdır."

Ekspertin fikrincə, Nümayəndələr Palatasının sədri noyabrda keçiriləcək aralıq seçkilərindən əvvəl Amerika ermənilərinin diqqətini çəkmək istəyir: "ABŞ-da seçkiqabağı ehtiraslar qızışır, Demokratlarla Respublikaçılar arasında sözün əsl mənasında ölüm-dirim mübarizəsi gedir. Hətta bir çox nüfuzlu amerikalı ekspert mövcud durumu XIX əsrdə Amerikada baş vermiş vətəndaş müharibəsi ilə müqayisə edir. Nensi Pelosinin səfərinin əsas məqsədi ermənilərin səsini almaqdır. Təbii ki, bu, siyasətdir. Amerika ermənilərinin Demokratlardan, yoxsa Respublikaçılardan kollektiv istəkləri var, ya yox, bu ayrı sualdır.

Düşünürəm ki, dekabr ayından - seçkilərdən sonra bizim durumumuz orada heç kimin vecinə olmayacaq. Onda Amerika dərin dövlətinin real siyasəti görünəcək”.

Görürsünüzmü, erməni olsa da "təmiz söhbət" edir. Dəfələrlə aldanmış, istifadə ediləndən sonra lazımsız əski parçası kimi kənara atılmış ermənilər təhqiri və alçaltmanı həvəslə qəbul edirlər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana qalmaqallı səfəri əslində, Ermənistana xeyirdən daha çox ziyan vuran bilər. Yəqin ki, zaman keçdikcə, bu reallığı burnunun ucundan uzağı görə bilməyən Nikol Paşinyan hakimiyyəti də anlamağa başlayacaq. Hələlik isə Paşinyan hakimiyyəti yalnız müvəqqəti də olsa, ermənilərin "amerikalı nənə"sinin sayəsində Rusiyaya bağlı müxalifət düşərgəsini nisbətən geri çəkilməyə məcbur edə bilməsindən məmnun qala bilər.

Ancaq "amerikalı nənə"nin İrəvan səfərinin Azərbaycan ilə hərbi-siyasi qarşıdurmada Ermənistana hər hansı fərqli imkanlar açma ehtiyatlı ümumiyyətlə, mövcud deyil. Bir müddət öncə Çinlə Tayvan arasında müharibə törətməyə çalışmış bu amerikalı "küpəgirən qarı"nın İrəvana gəlişinin ABŞ-da keçiriləcək aralıq seçkilərinə hesablandığı qətiyyən şübhə doğurmur. Onun açıqlamaları da məhz ABŞ-da səs verəcək ermənilər üçün nəzərdə tutulduğu açıq-aşkar nəzərə çarpır. Çox güman ki, həmişə olduğu kimi, bu dəfə də ermənilərin səsini alacaq partiya seçkilər keçəndən sonra Ermənistanı əzizləməyəcək, həyasız erməniləri məsafədə saxlayacaqlar. Ermənilərin sürtüklüyünü yaxşı bilən amerikalılar aldadıb atmaq metodundan dəfələrlə istifadə etmişlər. Ermənilər yüz yeddi ildir ki, anerikanlardan vədlər alır, amma istədikləri nəticəni görə bilmirlər. Eşşəyin dəfələrlə palçığa batmasında günah palçıqda deyil, eşşəyin anlamaz başındadır.