21 sentyabr 2022 15:30
954

Bu kənddəki insanlar sevdiklərinin adını... FOTO

Türkiyənin Gümüşhanə şəhərində maraqlı adətə görə kənd sakinləri evlərinin damlarına sevdikləri insanın adını yazır.

Kəndə gələnlər bu vəziyyəti təəccüblə qarşılasalar da, kənddə yaşayan Davut Erden “kəndimizin havası, suyu, məhəlləsi gözəl olduğu üçün kəndimizi sevirik. Ona görə də damlara sevdiklərimizin adını yazırıq. Uşaqlar unudulmasın, evlər onlara məxsus olsun deyə, nənə və babalarının onlara sevgisinin olduğunu başa düşməsi üçün adlar yazılır” deyə bildirib.

Gümüşhanənin Kelkit rayonundan 48 kilometr uzaqlıqda yerləşən Akdağ kəndi qeyri-adi bu ənənəsi ilə diqqət çəkir. Kənddə Cevat Alkanın 23 il əvvəl açdığı balıq dükanının damına qızının adını yazması ilə başlayan adət sonradan bütün kəndə yayılaraq ənənə halını alıb.

 Kənd sakinləri 23 ildir ki, qızlarının, həyat yoldaşlarının, dünyasını dəyişmiş analarının, nəvələrinin adlarını damlara yazaraq ənənəni davam etdirir. Kəndə kənardan gələnlər isə bu vəziyyəti təəccüblə baxırlar.

Həyat yoldaşlarının və uşaqlarının adını əbədiləşdirmək üçün yazırlar

65 yaşlı Cevat Alkan açıqlamasında bunları deyib: “Burada balıq dükanı açanda qızım yenicə doğulmuşdu. Bu ad həm anamın adı idi. Məndən sonra kənddə 8-9 nəfər də öz doğmalarının adını yazmağa başladı”.

 Kəndin sakini 68 yaşlı Davut Erden açıqlamasında “34 ildir İstanbulda yaşayıram və hər yay bura gəlirəm. Kəndimizin havası və suyu gözəldir. Biz də bu ənənəyə sadiq qalaraq damlara sevdiklərimizin adını yazırıq. Nəvələrini, ailələrini, qızlarını sevdikləri üçün gələn gedən insanlar görsün, diqqətini çəksin, oxusun” deyə bildirib.

Vüsal Cahanov, “İki sahil”