22 sentyabr 2022 16:00
819

II Elizabetin şahzadə kimi gəlib kraliça kimi ayrıldığı otel: Treetops/FOTO

Kraliça II Elizabet 96 yaşında vəfatından sonra 1952-ci ildə fevralın 6-da Keniyaya səfəri zamanı taxta çıxdığı xəbərini alan Treetops Hotel yenidən gündəmə gəlib. Keniyanın şimalındakı Aberdare Milli Parkındakı Treetops otelinə şahzadə kimi gələn II Elizabet atasının ölümündən sonra bu oteli kraliça kimi tərk edib.

Atası Kral VI Georgun ölümündən sonra 26 yaşında taxta çıxan Kralın böyük qızı II Elizabet 70 il taxtda qaldı və "Britaniya tarixində ən uzun padşahlıq edən monarx" oldu.

İlk Kraliça titulunu aldığı yer

II Elizabet əri ilə Keniyaya səfəri zamanı kiçik bir gölün kənarında ağaclardan tikilmiş Treetops otelinin 18 nömrəli otağında qalıb.

O,atası Kral VI Georgun qəfil ölümü xəbərini əri Şahzadə Filipdən alıb. Londondan minlərlə kilometr uzaqlıqdakı Treetopsa şahzadə kimi gələn  II Elizabet kraliça olaraq İngiltərəyə qayıdıb.  II Elizabet 1953-cü ildə rəsmi mərasimlə taclansa da Treetops kraliça titulundan istifadə etdiyi ilk yer olaraq tarixdə qalıb.

Treetops ingilislərə qarşı üsyanda yanıb

Tarixdə təkcə otel kimi tanınmayan Treetops 1952-ci ildə Britaniya monarxiyasına qarşı üsyanı ilə yadda qalıb. İlk dəfə 1932-ci ildə tikilmiş Treetops, 1954-cü ildə Britaniya müstəmləkəçiliyinə qarşı “Mau Mau” üsyanı zamanı ciddi ziyan görüb. İngiltərəyə qarşı döyüşən keniyalı üsyançılar ingilisləri təmsil etdiyi üçün yandırılan otel bir neçə ildən sonra həmin ərazidə yenidən tikilib.

"Ağac evi" olaraq da bilinən Treetops qonaqlarına təbii həyat və vəhşi təbiətdə qalmaq fürsəti yaradıb. 35 otağı olan Treetops təxminən bir əsrdə minlərlə qonağı qəbul edib. Otel II Elizabetin taxta çıxmasından təxminən 70 il sonra, COVID-19 infeksiyası səbəbiylə 2021-ci ildə bağlanıb.

Vüsal Cahanov, “İki sahil”