22 sentyabr 2022 16:56
338

Məşhur yunan müğənni:  Salam Bakı. Mən qayıtdım/FOTO

Məşhur yunan müğənni Elefteria Elefteriu Azərbaycana gəlib. 

“İki sahil” xəbər verir ki, 2012-ci ildə ölkəsini Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində təmsil edən sənətçi Şuşaya gedib. 

Elefteria əvvəlcə Bakını gəzib və oradan olan fotolarını instaqram hesabında yayımlayıb. O, paylaşımına "Salam Bakı. Mən qayıtdım" sözlərini yazıb. 

İfaçı Şuşadan olan görüntüləri isə hekayə bölümündə yayımlayıb. 

Qeyd edək ki, Elefteria Bakıda baş tutan müsabiqədə "Aphrodisiac" mahnısını səsləndirib və 17-ci olub.