Vətəndaşların 178 min manat pulunu ələ keçirməklə dələduzluq etməkdə ittiham olunan Fərid Abdinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“İki sahil” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Fərid Abdinov 7 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, yayılan rəsmi məlumatda istintaqla Fərid Abdinovun dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirdiyi müəyyən edilib.
O, Cinayət Məcəlləsinin 128.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
Dövlət Komitəsinin sədri Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə görüşüb