KÖŞƏ

Vəli İlyasov

Ermənistan özünü dünya xəritəsində tapa bilmir

27 sentyabr 2022 01:58
1039

Lağlağı “dənizdən-dənizə böyük  Ermənistan”ın sərhədləri tapılmır. Yəqin ki, Tiqran sağ olsaydı heç  o da tapa bilməzdi. Axı, olmayan bir nəsnəni necə tapmaq olar?  Ermənilər xəyallarında quraşdırdıqları iki min illik “dövət”in sərhədləri özlərinə də məlum olmadığı üçün gərgin axtarışa çıxıblar. Hətta baş nazir Nikol Paşinyan Azərbaycan Prezidentindən xahiş edib ki, bu yerlərin xəritəsini ona da versinlər. Ya da beynəlxalq müşahidəçilər gəlib Ermənistanla Azərbaycanın sərhədlərini müəyyənləşdirsinlər. Bu ağılla dövlətə başçılıq edənə bax, hələ ölkəsinin sərhədlərinin haradan başlayıb harada qurtarmasından bixəbərdir. Digər tərəfdən də bu biçarəni qınamaq olmur, çünki 101 il əvvəl Azərbaycan ərazilərinin zorla alınıb qaçqın, azğın, köçkün ermənilərə verilməsi nəticəsində bolşeviklər onlara dövlət quraşdırıblar, İrəvan şəhərini də  paytaxt etmək üçün bizdən alıb 99 il müddətinə “kirayə”yə veriblər. Buna görə də ermənilər o vaxtdan indiyədək  sərhədləri olmayan qondarma dövlətdə yaşamalı olublar. İndi bunlara “kupça” vermək üçün xəritə istəyirlər, amma o yoxdur və heç olmayıb da.

Paşinyanın iddiası isə sinifdə özünü dəcəl aparan şagirdin şuluqluğuna oxşayır. Vallah, əcəb məxluqlardır bu ermənilər. Dünyada mövcud olduqları bu qədər müddətdə heç bir dövlət qurumları olmayıb, indi bunlara sərhədləri olan dövlətdə “it aparan olsun” deyib yaşamaq şansı verilir, onu da qəbul etmək istəmirlər. Hanı bəs “böyük Ermənistan”ın xəritələri, niyə üzə çıxarmırlar? Bilirlər ki, dünya bunların uydurmalarına şaqqanaq çəkib gülər, ona görə də İrəvandan qıraqda o barədə heç cınqırlarını da çıxarmırlar.

Anlamırlar  ki, dünyanın yeni qaydalarına əsasən, beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün əvvəlcə qanuni sərhədlərin mövcud olması lazımdır. Belə sərhədlərin olması üçün isə ilk növbədə Azərbaycan və Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmalıdır. Nəhayət, bundan sonra  iki ölkə arasında sərhədlərin beynəlxalq hüququn predmetinə çevrilməsi mümkündür. Yəni, bu işlərin sonunda  Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq, sərhədlərin və ərazi bütövlüyünün tanınması barədə sülh sazişini imzalamaq lazımdır. Yalnız bütün bu önəmli prosedurlar yekunlaşdıqdan sonra hər iki ölkənin sərhədləri beynəlxalq səviyyədə hüquqi məzmun daşıyacaq. Məhz bundan sonra hər hansı dövlət qarşı tərəfin rəsmiləşmiş sərhədlərinə müdaxilə edərsə, beynəlxalq müşahidəçi tələbləri məntiqli görünə bilər.

Ancaq hələ  bütün bunların heç biri həll olunmayıb. Deməli, Ermənistanın da real və qanuni sərhədləri mövcud deyil. Beynəlxalq müşahidəçilərin də sərhəd bölgəsində yerləşdirilməsi indiki halda qətiyyən mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyev də heç bir beynəlxalq qurumun rəsmi Bakıya Ermənistan sərhədlərinin pozulması barədə irad bildirməyə haqqının olmadığını vurğulamaqla, bu məsələyə nöqtəni qoyub.

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın BMT sessiyasının tribunasından gündəmə gətirdiyi beynəlxalq müşahidəçilərlə bağlı tələblər heç bir hüquqi əsasa malik deyil və boşuna sözlərdir. Erməni baş nazir nəhayət ki, sərhədlərin delimitasiya və demorkasiya prosesinə başlamaqdan başqa çıxış yolunun olmadığını anlamalıdır.  Rəsmi İrəvan bu prosesi uzatdıqca, rəsmi Bakı Azərbaycan Ordusu üzərindən hərbi demarkasiya variantına üstünlük vermək hüququna sahibdir.

Ona görə də baş nazir Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevdən rəsmi  Bakının Ermənistanın ərazi bütövlüyünü tanıya biləcəyi xəritənin açıqlanmasını xahiş etməsi də sadəcə, “söz oyunu”ndan və ya demaqogiya ritorikasından başqa bir şey deyil. Çünki, həmin xəritələrlə tanış olmağın ən sadə yolu delimitasiya və demarksiya prosesinə başlamaqdır.

Əgər, rəsmi İrəvan bu prosesə başlamağı hazırdırsa, deməli, xəritələri araşdırmaq ixtiyarına malik olacaq. Çünki Ermənistanın delimitasiya və demarkasiya prosesindən yayındığını vurğulayan Prezident İlham Əliyev müxtəlif dövrləri əhatə edən bütün xəritələrin olduğunu bildirib. Azərbaycan lideri qeyd edib ki, delimitasiya və demarkasiya prosesi məhz həmin xəritələr vasitəsi ilə həyata keçirilməlidir.

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti nə qədər şikayətlənsə də, “sürüşkən manevrlər” etməyə çalışsa da, əvvəl-axır sülh sazişinin hazırlanmasına başlamaq məcburiyyətindədir. Vaxtın  hədər yerə uzadılması isə yalnız Ermənistanın ziyanınadır. Çünki indiki vəziyyətdə Ermənistan ərazisi qədim Azərbaycan ərazisi olaraq qalır.  Azərbaycan humanistlik göstərərək ərazisinə soxulmuş erməniləri  gəldikləri yerlərə qovmur, erməni toplumuna sığınacaq verir. Baş nazir Nikol Paşinyanın  Azərbaycandan “xəritə xahişləri”nin Ermənistan mətbuatında biabırçılıq kimi qiymətləndirilməsində bir məntiq var. Hakimiyyəti qamarladığı dörd ildə Paşinyanın izaholunmaz qəribə mövqeyi onun özünü hansı axmaq vəziyyətə saldığını apaydın göstərir. Görəsən, Nikol özünü komik fransız aktyoru, axmaq adam rollarının mahir ifaçısı Pyer Rişar  kimi apardığının fərqindədirmi? Əgər kənardan özünə baxmağı bacarmırsa, heç olmasa bildirilən iradlardan nəticə çıxarmırsa, deməli, deyilənlərdə bir həqiqət var. Bu günlərdə BMT-də etdiyi çıxışında özünü necə sarsaq vəziyyətə saldığını anlamayan baş nazir nevropatoloq yanına müayinəyə getsə daha yaxşı olardı.  Məlum sessiyada , ondan əvvəl də Paşinyan Azərbaycanın 1991-ci ildəki  sərhədlərini tanıdığını bildirib. Bəs belə idisə, onda 1992-ci ildə Ermənistan niyə Azərbaycan ərazilərini işğal edirdi?  Doğrudan da bu adama müalicə lazımdır, yoxsa bu ağılla ağır durumda olan dövləti  idarə etmək müşkül məsələdir. Nə demək, anormal millətin anormal da başçısı olar. Bəlkə hələ eləsi gələr ki, Paşinyan onunla müqayisədə  toya getməli olar...