29 sentyabr 2022 10:12
533

Bakıda və bölgələrdə külək güclənəcək -  XƏBƏRDARLIQ

Gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "İki sahil"ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.