"Olimpiakos"un əsas qapıçısı Tomaş Vatslik Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la hər iki oyununu buraxacaq.
"İki sahil" sport24.gr saytına istinadən xəbər verir ki, Çexiya millisinin üzvü 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. O, yığmanın heyətində Millətlər Liqasının son turunda İsveçrə ilə oyunda çiynindən zədə alıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-də Bakıda keçirəcək.