29 sentyabr 2022 15:19
1599

Azərbaycan Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər ölkəsidir - Kamran Bayramov

"Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 sentyabr Anım Günündə bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimizin şərəfinə Füzuli qayonunun Qaraxanbəyli kəndinin yaxınlığında nəhəng qaya parçası abidəsi ucaldılıb. Anım Günündə Füzuli rayonuna səfər edən dövlətimizin başçısı bildirib ki,  Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi də, məhz,həmin gün  işğaldan təmizlənmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz, azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də, şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz, bu torpaqların sahibləri, bu torpaqlara yenidən həyat veririk."

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş torpaqlarda bu gün çoxşaxəli silsilə layihələr həyata keçirilir. Yenicə başladığımız dərs ilində Zəngilanda 29 ildən sonra ilk məktəb zəngi çalındı. Hazırda azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən bərpa və yenidənqurma işləri həyata keçirilir. Artıq bir sıra istiqamətlərdə, xüsusən də, regionun enerji  təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılır. 

K.Bayramov vurğulayıb ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də, qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimiz hər zaman qazi və şəhid ailəsinin yanındadır. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən daim lazımi köməklik göstərilir. İndiyədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda, eləcə də digər rayonlarda mənzillər verilib. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili təqdim olunub. Və bu proses davam edir. Hazırda Bakıda, eləcə də, respublikamızın digər rayonlarında şəhid ailələri və qazilərimiz üçün yeni mənzillər tikilir.

Deputat əlavə edib ki, milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmişdir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qürürla  qeyd etmək lazımdır ki, həm müharibədən əvvəl, həm də müharibə başlayanda bir nəfər də olsun fərarimiz olmadı. Ancaq düşmənin döyüşçüləri arasında on minlərlə fərari var idi. Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır. Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz Vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Bu gün artıq qəhrəman oğullarımızın şücaətini görürük. Erməni qəsbkarldarının yerində oturdulmasında, torpaqların işğaldan azad olunmasında onların böyük xidmətləri var. Bu gün Azərbaycanın vətənpərvər mərd oğullarının Vətən uğrunda canlarndan keçmələri gələcək nəsillərimizə bir örnəkdir.