Elşən Musayev: Onlar həmin ünsürlərdir ki, sonuncu erməni təxribatı zamanı da ermənilərdən daha çox erməni olmağı bacardılar
"Milli Məclisin qarşısında təxribata cəhd var. Bu təxribatı kimlər edir, necə təşkil edilib, necə planlanıb, bunu bilirik. İcraçıların, məsləhət verənlərin və stimullaşdırıcıların da kimlər olduğunu bilirik. Onlar həmin ünsürlərdir ki, sonuncu erməni təxribatı zamanı ermənilərdən daha çox erməni olmağı, erməninin gününə ermənidən daha çox ağlamağı və ermənilərin qeydinə ermənilərdən daha çox qalmağı bacardılar”.
“İki sahil” xəbər verir ki, bunumillət vəkili Elşən Musayev Milli Məclisdə çıxışı zamanı deyib.
O bildirib ki, bu gün siyasi qütb çox aydındır: “Həmin qütbün bir tərəfində Əli Kərimli kimi, Gültəkin Hacıbəyli kimi, Cəmil Həsənli kimi Vətən xainləri var, digər tərəfində isə Vətəni sevənlər var. Həmin Vətən xainləri tək Vətən məsələlərində ermənilərin əlinə oynamırlar, həm də bizim müzakirə və qəbul etdiyimiz qanunları kontekstən çıxardaraq cəmiyyətə yanlış formada təqdim edirlər. Bugünkü məqsədləri, guya “Siyasi partiya haqqında" Qanundur. Hansı ki, heç vaxt bu qanunun müzakirəsinə meyilli olmayıblar”.
Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli kimi vətən xainləri ermənilərin əlinə oynayırlar
Deputat bildirib ki, canlı yayımda təxribatçıları izləyib və onların arasında kişi görməyib: “Mən qısa müddət onların canlı yayımlarında təxribatlarınına tamaşa elədim. Bir dənə kişi yoxdur. Qadınları qabağa veriblər. Bu, Əli Kərimlinin əvvəlki xislətidir. Çünki biz nə vaxt debata, müzakirəyə çağırmışıq gəlməyib. Hətta bir dəfə “Müsavat TV” üzərindən ona müraciət etdim ki, bir qram ləyaqətin varsa, səni öz meydanında gözləyirəm. Ya “Azadlıq Radiosunda”, ya “Azadlıq” qəzetində, ya “Meydan TV”də. Onun kişiliyi çatıb gəlmədi. Bu gün də həmin kişilik onun üçün yaddır. Ona görə qadınları qabağa verib”.
E.Musayev hesab edir ki, təxribatçılara qarşı Vətənə xəyanət maddəsi ilə cinayət işi açılmalıdır: “Azərbaycan Cinayət Məcəlləsi”ndə Vətənə xəyanət maddəsi var. Hesab edirəm ki, bu maddə Vətən xainlərinin üzərində tətbiqini çox gözləməməlidir. Bu gün hüquq-mühafizə orqanları bu təxriba cavabdeh olan insanlara, təxribatları icra edən insanlara heç bir güzəşt etməməlidir. Buradan müraciət edirəm Azərbaycan hüqaq-mühafizə orqanlarına. Çox xahiş edirəm sizdən. Kimin cəzası nədirsə, tam layiqli şəkildə həmin cəza verildin. Bunlara bird aha belə təxribat imkanı yaradılmasın”.