03 oktyabr 2022 17:30
494

Məşhurlar “ Ginnesin Rekordlar Kitabı”nda - FOTO

Bir çox məşhurlar təkcə çoxlu sayda pərəstişkarları və yaradıcılıq uğurları ilə deyil, həm də adlarının “Ginnesin Rekordlar Kitabı”nda yer alması ilə öyünə bilər. Bu məşhurlar haqqında topladığımız məlumatları  təqdim edirik.

Madonna

Madonna məşhur toplunun səhifələrinə dəfələrlə düşüb. Lakin  bütün rekordlar arasında ən diqqətçəkənləri bunlardır: "Evita" müziklində (1996-cı il) müğənni kadrda 85 fərqli libas dəyişərək rekorda imza atmışdı. Libaslarla yanaşı, aktrisanın 42 dəfə saç düzümü, 56 dəfə sırğaları, 39 dəfə papağı dəyişmişdi.

2014-cü ildə "Fool's Paradise Drag" partisində müğənninin 440 fanatı Madonna kimi geyinib. Bununla da məşhur müğənni rekorda imza atmışdı.

Şakira

Məşhur kolumbiyalı müğənni Şakira dəfələrlə "Ginnesin Rekordlar Kitabı"na düşən ulduzlardandır. İfaçı buna ən çox satılan ispandilli albom və bütün dövrlərin ən çox satılan ispandilli musiqi albomuna sahib olması ilə nail olub. Bundan əlavə, onun "Facebook" səhifəsi dünyada ilk dəfə 100 milyon bəyənmə toplayıb.

Filipp Kirkorov 

2017-ci ildə Rusiyanın xalq artisti Filipp Kirkorov “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Rusiya  şou biznesinin pop-kralı buna yubiley konsertinə görə layiq görülüb. Belə ki, onun "Kreml" konsert salonunda keçirdiyi yubiley şousunu 60 min insan izləyib.

Konsert zamanı 50 yaşı tamam olan müğənni qrim otağında sürprizlə üzləşib. Otağa daxil olan “Ginnesin Rekordlar Kitabı”nın Rusiya nünayəndələri müğənninin yubiley marafonunun unikal olması haqqında məlumat verməklə yanaşı, ona bu haqda sertifikat da təqdim ediblər.

Luis Fiqu

“Barselona” və “Real”ın sabiq ulduzu  Luis Fiqo yeni dünya rekordu müəyyənləşdirib. Portuqaliyanın ulduzu sayılan 49 yaşlı veteran öz komandası ilə 6166 metr hündürlükdə futbol oynayıb. Komandanın heyətində 7 oyunçu yer alıb. Onlar təyyarənin içində quraşdırılmış 75 kvadratmetrlik xüsusi meydanda oynayıb. Fiqu və komandası qeyri-adi  futbol matçı ilə “Ginnesin Rekordlar Kitabı”na daxil olublar.

Robert Levandovski

2015-ci ildə "Bavariya"nın futbolçusu Robert Levandovski ən erkən het-trik, poker və penta-trik edən futbolçu kimi “Ginnesin Rekordlar Kitabı”nda yer alıb. Ona qədər heç bir futbolçu meydana sonradan daxil olaraq 5 qol vurmağı bacarmayıb. Qeyd edək ki, Bundesliqanın 6-cı turunda "Volfsburq"la görüşdə meydana sonradan daxil olan Levandovski 4 dəqiqəyə het-trik, 6 dəqiqəyə poker və 9 dəqiqəyə pentatrik edib.

“Metallica”

Metallica bütün qitələrdə konsert verən ilk qrup olaraq “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu. Qeyd edək ki, 2013-ci ildə “ Ginnesin Rekordlar Kitabı” na daxil olan qrupun Antarktikada verdiyi konsertdə nədənsə cəmi 7 izləyici var idi.

Merlin Vas Savant

Merlin Vas Savant amerikalı yazıçı, dramaturq və jurnalist, dünyanın ən yüksək İQ sahibi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olub. Müxtəlif testlərin nəticələrinə görə onun İQ  səviyyəsi  167, 186, 218, 228 və 230 kimi müəyyən edilir. Merlin Vas Savant bu günə qədər hesablanmış ən yüksək İQ əmsalının sahibidir. Bu əmsallar “Ginnesin Rekordlar Kitabı”nda tez-tez dəyişsə də maksimal göstəricisi olan 228 əmsal hələ ki, dünyada heç bir qadında rast gəlinməmiş bir rəqəmdir.

Hillari Klinton

Məşhur siyasətçi Hillari Klintonda “Ginnesin Rekordlar Kitabı”na daxil olan məşhurlar sırasında yer almaqdadır. 2016-ci ildə ABŞ seçimlərində qazandığı məşhurluq nəticəsində o, internetdə ən çox axtarılan qadın kimi yeni rekord qırmışdı.

Dueyn Conson

Tanınmış aktyor məşhur rekordlar kitabına nə az, nə çox 3 dəfə düşüb. Onlardan ən yaddaqalanı 2015-ci ildə baş tutmuşdu.   Dueyn Londonda "San-Andreasın dağılması" filminin premyerasında öz "iPhone"u vasitəsilə 3 dəqiqə ərzində fanatları ilə 105 selfi çəkdirərək məşhur kitaba öz adını bir daha daxil etmişdi.  2017-ci ildə  aktyor növbəti dəfə də rekordçu olub. O, 245 kiloqrama yaxın  sous hazırlayıb və bu sousu   Los-Ancelesdə evsizlərə yemək paylayan qeyri-kommersiya təşkilatına göndərmişdi.

Şahzadə Vilyam və Ketrin Middlton

 Kembric hersoqu şahzadə Vilyam və Ketrin Middltonun toyu 29 aprel 2011-ci ildə Londonda Vestminster abbatlığında baş tutdu.  Onların möhtəşəm toyu “dünyanın ən çox yayımlanan toyu” kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu. Çox maraqlıdır ki, onların toyları internetdə  72 milyon dəfə  yayımlanmışdı.

Robert Dauni

Tanınmış aktyor "Ginnesin Rekordlar Kitabı"na 2013-cü ildə çinli fanatları sayəsində düşmüşdü. Doğum günündə ilk dəfə Çinə səfər edən  aktyora 5339 sevəni tərəfindən imzalanmış açıqça göndərilmişdi. Onların arasında Çin ulduzları Xuan Syaomin və Van Süetsidə var idi.

Mayli Sayrus

Artıq 19 yaşında  gənc müğənni ən çox tələb olunan ifaçı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu.  Qeyd edək ki, Maylinin  mahnıları müxtəlif siyahılarda yer alırdı.

Beyons

Məşhur pop ulduzu Beyons da 2013-cü ildə “Ginnesin Rekordlar Kitabı”nda yer almışdı. Onun buraxdığı  beşinci studiya albomu “iTunes”in cəmi üç gündə 828 773 nüsxəsi satılmışdı.

Teylor Svift

Məşhur müğənni Teylor Svift "Speak now" ( İndi danış) adlı albomunun  280 milyon nüsxə satıldığına görə, qadın sənətçilər arasında rekord qıraraq “Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu. Svftin daha bir rekordu var.  O, “ABŞ Top 100-də” qərarlaşan və   ən çox mahnıya malik olan  müğənni kimi də yeni bir rekorda imza atmışdı.

Ketti Perri

Müğənni abunəçilərinin sayı 100 milyonu ötmüş ilk “Twitter” istifadəçi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olan məşhurlar sırasındadır. Hal-hazırda  ulduzun səhifəsini 110 milyondan  çox insan izləyir.

Coan Roulinq 

Məşhur “Harri Potter"in yaradıcısı Coan Roulinq  ilk milyarder yazıçıdır.  O, ən çox qazanan uşaq müəllifi hesab olunur və onun sehrbaz oğlan haqqında kitabı günün ən çox satılan kitabı oldu. Məhz bütün bu nailliyətlərinə görə Coanın adı “ Ginnesin Rekordlar Kitabı”na daxil olmuşdu.

Samirə Tağıyeva, “İki sahil”