04 oktyabr 2022 15:30
619

Ölümə meydan oxuyan AİLƏ/FOTO

Yeddi qardaş və beş bacıdan ibarət 12 nəfərlik Hernandez-Peres ailəsi Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb. İspaniyada ümumi yaşları 1058 il 249 gün olan 12 bacı-qardaş ölümə meydan oxuyur.

Modesto Hernandez və Martina Peres cütlüyü Kanar adalarından biri olan Qran Kanariyada 12 uşaq dünyaya gətirib.

Qran Kanariyanın şimal hissəsində yaşayan həmin 12 bacı və qardaşın yaşları 76 ilə 97 arasında dəyişir.

Ailənin ilk övladı Xose 30 dekabr 1924-cü ildə anadan olub. İkinci uşaq Alexandro 1926-cı ildə anadan olub. Sonra, müvafiq olaraq, Karmen (1928), Xuan (1929), Rosario Ofeliya (1930), Amanda (1932), Modesto (1934), Angela (1936), Fransisko (1938), Qloriya Hortensia (1941) və Migel (1943) anadan olublar. 12-ci və ən gənc ailə üzvü 4 aprel 1946-cı ildə anadan olan Luisdir.

Ailə keçən iyun ayında “Ginnesin Rekordlar Kitabı”nı araşdırarkən, ümumi yaşı 1042 il 315 gün olan pakistanlı Dcruz ailəsinin rekordlarını qırdıqlarını anlayanda “Ginnesin Rekordlar Kitabı” rəsmilərinə müraciət ediblər. Notarial qaydada təsdiq edilmiş doğum şəhadətnamələrini aldıqda, Hernandezlər ailəsi 16 il fərqlə ümumilikdə ən uzun ömürlü 12 qardaş-bacı rekordunun sahibi olublar.

Analarının12 uşağı da mamaçanın köməyi ilə evdə dünyaya gətirdiyini ifadə edən Hernandezlər bacı-qardaşları bir-birlərinə çox bağlı olduqlarını və adlarının rekord təzələyərək tarixə düşmələrindən çox xoşbəxt olduqlarını vurğulayıblar. Hernandezlər ailəsi deyib:

"Biz dünya rekordu qıracağımızı heç düşünməmişdik. Həqiqət budur ki, bu rekord bizi əvvəlkindən daha da çox birləşdirdi.”

Həyatlarının hər anında bir yerdə olduqlarını dilə gətirən ailə 1930, 40, 50-ci illərdə texnologiyanın indiki kimi olmadığı, həkimlərin az olduğu bir vaxtda məktəbə və bir çox başqa yerə piyada getdiklərini bildiriblər. Həyatlarında həmişə gözəl xatirələr toplamış olduqlarını bildirən qardaşlar daha uzun illər birlikdə olmaq istədiklərini arzulayıblar.

Vüsal Cahanov, “İki sahil”