06 oktyabr 2022 01:57
607

COVID-19 haqqında bilmədiklərimiz...

Koronavirus haqqında o qədər çox informasiya var ki, içində itib-batmaq olar. Lakin bu virusla bağlı bilmədiyimiz məlumatlar da az deyil.

Araşdırmalara görə, “COVID-19" və "SARS-CoV-2" fərqli viruslardır. "COVID-19" xəstəliyin (D - "disease" sözünün baş hərfidir), "SARS-CoV-2" isə virusun özünün adıdır.

“CoV" - "CoronaVirus" sözünün qısaldılmış formasıdır. "Tikanlı" kənarları günəş tacını xatırlatdığı üçün virusu belə adlandırıblar.

Koronoviruslar bioloji saxtakarlardır. Yəni tikanların hər biri faydalı maddə molekulunu imitasiya edir, buna aldanan hüceyrə reseptorları onları məmnuniyyətlə içinə çəkir, tikanın ardınca virus özü də hüceyrəyə virus daxil olur və bu, yoluxmayla nəticələnir.

“Yeni koronavirus" termini (novel və ya nCoV) virusun nə alimlərə, nə də hüceyrələrimizə tanış olduğu deməkdir. 2 milyon illik təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxuyla mübarizə aparmağı öyrənib, ancaq yeni koronavirus onu qəfil yaxalayıb. Məhz bu səbəbdən yeni virusun öhdəsindən gəlmək bu qədər çətin, ona yoluxmaq bu qədər asandır. Hüceyrəni əsir alan virus zülal əvəzinə öz nüsxələrini istehsal etməyə məcbur edir, həm də dayanmadan. Bu, zəncirvari reaksiya yaradır və nəticədə hüceyrə məhv olur, infeksiya daşıyıcı isə yoluxucu xarakter qazanır.

Virusun ilk yarandığı Uhanda pasientlərin 30%-ində xəstəxanaya daxil olma anında normal temperatur olub. Yoluxanların bir çoxunda isə heç öskürək də olmur. Yəni bəzi şəxslərdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir və insan yoluxduğunu heç bilmir də. Belə şəxslər aktiv daşıyıcı hesab olunurlar və başqalarını yoluxdura bilirlər.

Araşdırmala görə, virus nə qədər çox ölümcüldürsə, yayılma imkanı o qədər azdır. Öz sahibini öldürən virus başqalarını yoluxdura bilmir. Ona görə də virus nadir hallarda bu səviyyədə mutasiya edir - belə son onun maraqlarına uyğun gəlmir. "SARS-CoV-2" isə məhz başqa kateqoriyaya aiddir. Bu virus yoluxduğu insanı daşıyıcı edir, gec üzə çıxır və ya heç çıxmır və ona görə də yoluxanların sayı artır. Hər bir daşıyıcı orta hesabla 2-4 arası sağlam şəxsi yoluxdura bilir. Bu, mövsümi qripin göstəricisindən çox, qızılcanın göstəricisindən azdır. Hərçənd bütün başqa infeksiyalarda olduğu kimi, "SARS-CoV-2" virusunun da super daşıyıcıları var və onlar dəfələrlə çox insanı yoluxdura bilirlər.

Cənubi Koreyada "COVID-19" diaqnozlu şəxslərin sayı 30-a çatmamış yoluxmaların qarşısını almaq mümkün olub. Ancaq "Pasinent 31" adı verilmiş qadın hökumətin təlimatlarını pozaraq 1200 nəfərə yaxın insanı yoluxdurub. Məlum olub ki, çox dindar olan bu qadın öskürməsinə və qızdırmalı olmasına baxmayaraq kilsəyə getməyə davam edib. 10 gün ərzində yoluxanların sayı 30-dan 5000-ə yüksəlib.

Bu, mövüsmi qripin nəticələrindən 20 dəfə çox, daha əvvəlki koronavirus yoluxmalarından - SARS  və MERS epidemiyalarından müqayisəolunmaz dərəcədə azdır.

"SARS-CoV-2" virusunun mənşəyi hələ də tam olaraq məlum deyil, ancaq ona bənzər virusları yarasalar və panqolinlər yayır. Böyük ehtimal, virus mutasiyaya uğrayaraq başqa bir heyvana ötürülüb və həmin heyvandan insanlara keçib.

Bu virus ilk şəxsə yoluxduğu andan təhlükəli olub, yoxsa insan orqanizminə keçəndən sonra mutasiya yoluyla bizim hüceyrələrimizə yol tapıb? Hələ ki, alimlər bu sualın cavabını da bilmirlər. Əgər virus insanla təmas anına qədər təhlükəli olubsa, demək ki, o hələ də təbiətdə mövcud ola və gec-tez insanlara təkrar yoluxa bilər.

Buna inananlar çox olsa da, virus bioloji laboratoriyada hazırlanmayıb.

Koronavirusun mənşəyinin süni olması versiyası müxtəlif ölkələrdə fəaliyyət göstərən alim qrupları tərəfindən ciddi şəkildə yoxlanıb və doğru olmadığı qənaətinə gəlinərək rədd edilib.

Miflərdən söhbət düşmüşkən, daha birini yalanlayaq: tibbi maskalar koronavirusdan tam olaraq qorumur. Virusun hissəcikləri o qədər kiçikdir ki, məsamələrdən asanlıqla keçə bilir. Ölçüsü o qədər kiçikdir ki, bir iynənin ucunda 100 milyonu yerləşə bilir. Buna görə də, maskanı yoluxmuş şəxslərin taxması səmərə verir. 100%-lik qoruma təmin olunmasa da, ətrafdakılar üçün riski bir qədər azaldır.

Koronavirusun insanlara həm də ev heyvanları vasitəsilə keçməsi geniş yayılmış fikirdir, ancaq həqiqətə uyğun deyil. İtdən və ya pişikdən yoluxmayla bağlı hələ heç bir fakt qeydə alınmayıb. Havada koronavirus 3 saat müddətində sağ qalır. Yəni, sağlam adamları yoluxdura bilir. Dəmir və plastik səthlərdə "SARS-CoV-2" 3 gün, kağız və kartonda 1 sutkaya qədər, misdə 4 saata qədər sağ qalır. Məhz buna görə profilaktikanın ən əsas və etibarlı üsulu evinizdən kənardakı istənilən səthlə təmasdan sonra əllərinizi yaxşıca yumaqdır. Bundan başqa, dezinfeksiya üçün miramistin və xlorgeksin də işə yarayar. Hər ikisi təkcə bakteriyaları yox, həm də virusları yox edir.

Antibiotiklər virusa qarşı gücsüzdür. Qrip, herpes və digər qriplərə qarşı olduğu kimi.

Asqırmaq "COVID-19" əlaməti deyil. Koronavirusa yoluxma simptomu öskürəkdir.

Sankt-Peterburq Qrip İnstitutunun alimləri virusun "Rusiya variantını" araşdırıblar. Məlum olub ki, bu variant genetik olaraq daha çox Avropa növlərinə yaxındır. Nəticələr infeksiyanın Rusiyaya birbaşa Çindən yox, Avropadan gəlməsi versiyasını təsdiqləyir.

Röya Rasimqızı, “İki sahil”