06 oktyabr 2022 18:00
778

Bilmədiklərinizdən xəbər var... - FOTO

Bəzi maraqlı faktlar var ki, bir çoxlarının onlar haqqında məlumatı yoxdur. Bu yazıda onlardan bəzilərini təqdim edirik.

Hər bir insan saatda orta hesabla üzünə 15,7 dəfə toxunur

2008-ci ildə Kaliforniyada aparılan kiçik bir araşdırma nəticəsində müəyyən olub ki,  ofisdə bir iş günü ərzində hər bir insan üzünə saatda 15,7 dəfə toxunur. Nəticədə, insanın orta hesablama ilə  8 saat yatdığını nəzərə alsaq, o,  gündə təxminən 250 dəfə üzünə toxunur.

Hər qadının orta hesablama ilə təxminən 469 ayaqqabısı olur

Sən demə, bir  qadının həyatı boyu təxminən  469 ayaqqabısı olur.  İngiltərədə maliyyə xidmətləri ilə məşğul olan "gocompare.com" saytının apardığı araşdırmada 3 mindən artıq qadın iştirak edib.Minlərlə qadın arasında aparılan sorğuya görə, zərif cinsin nümayəndələri həyatları boyu ayaqqabılara minlərlə dollar pul xərcləyirlər. Bundan əlavə, qadınlar təxminən ildə yeddi cüt ayaqqabı alılar. Bununla da qadınlar həyatları boyu orta hesabla 469 cüt ayaqqabı sahibi olurlar. Qadınların 40 faizi ayaqqabıları cazibədarlığın əsas simvolu hesab edirlər və ayaqqabıya xərclədikləri pula görə peşmançılıq çəkmirlər.

Boantropiya nədir?

Dünyada psixi pozğunluğu olan insanlar var ki, özlərini inək hesab edirlər - yox, bu şizofreniya deyil. Bu psixoloji pozğunluğa “boantropiya” deyilir. Boantropiyadan əziyyət çəkən bir insan özünü inək və ya öküz hesab edərək öz  xəyallarında yaşayır. Ən dəhşətlisi odur ki, belə xəstəliyə düçar olan insanlar özlərini mal-qara kimi aparmağa çalışırlar.

 Dünyanın ən dərin poçt qutusu Yaponiyada 10 metr dərinliyində yerləşir

Yaponiyanın Susami balıqçı qəsəbəsində 10 metr dərinlikdə yerləşən poçt qutusu var. Çox maraqlıdır ki, burada  məktub, açıqca göndərmək üçün (əlbəttə ki, əşya suya davamlı olmalıdır) dərinliklərə dalmaq, poçt qutusunu tapmaq və əşyanı bir qutuya qoymaq lazımdır.  Qeyd edək ki, bu poçt qutusu 1999-cu ildə quraşdırılıb və o vaxtdan bu günə qədər oradan 32.000 poçt göndərilib.

İnternetdə tanış olan cütlüklərin nikahı daha etibarlıdır

Qəribə səslənsə də internetdə  qurulmuş onlayn tanışlıqlar ənənəvidən daha güclüdür. Statistikaya görə, onlayn tanışlıq saytlarında tanış olan cütlüklər arasında nikahların cəmi 6%-i pozulur.  Araşdırma nəticəsində  məlum olub ki, internet cütlükləri arasında nikahlar realda tanış olan cütlüklərdən 2% daha çoxdur.

Qədim Yunanıstanda məhkumlara verilən ağır cəza

Tarixçilərin qeyd etdiklərinə görə, Qədim Yunanıstanda məhkumlar tuncdan hazırlanmış buğa içərində qızdırılaraq öldürüldü. Ağır cinayət törədən  şəxs tuncdan hazırlanan bu buğanın içərisinə yerləşdirilirdi. Daha sonra buğanın altında xüsusi ocaq qalanırdı . Çox maraqlıdır ki, həmin buğanın içi helə hazırlanmışdı ki, içəridə olan insanın  qışqırtıları  ağrı çəkən buğa səsi kimi çıxırmış. Qədim əfsanəyə görə, bu buğanın içində edam olunanlardan biri elə bu cəza növünü icad edən Perilaus olub.

Ən çox satılan ətir hansıdır?

Son illər ərzində aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, ən çox satılan ətir Chanel # 5-dir. Statistikaya görə, hər dəqiqə bu ətrin iki orijinal şüşəsi satılır.

Çində yemək  çubuqları hazırlamaq üçün hər il 3,8 milyon ağac kəsilir

Çində hər il təxminən 57 milyard yemək üçün  çubuqlar istifadə olunur. Milli Meşə Təsərrüfatı İdarəsi bildirir ki, bu qədər çubuq hazırlamaq üçün təxminən 3,8 milyon ağac lazımdır. Çubuqların təxminən 45%-i pambıq, ağcaqayın və ladin ağaclarından, qalanları isə bambukdan hazırlanır.

Koalalar bədən istiliyini aşağı salmaq üçün ağacları qucaqlayır

İsti havalarda koalalar ağacları qucaqlayır və bunu bədənlərinin termorequlyasiyası üçün edirlər. Ağacların temperaturu ətrafdakı havadan daha aşağı olduğu bilinir. Bir ağacdan yapışan koalalar artıq istiliyi onlara ötürürlər. Alimlər müxtəlif hava temperaturlarında koalaların ağaclarda duruşlarını müşahidə ediblər. Nəticədə koalaların müxtəlif duruşlarının hava şəraitindən asılı olduğu müşahidə edilib.  Alimlər hətta  termal kameraların köməyi ilə ağaclarda oturan heyvanların şəkillərini də çəkiblər. Həmin fotolar koalaların ötürdüyü istiliyin ağacların gövdəsi boyunca necə paylandığını göstərirdi.

Gülüş boy hormonuna  təsir edir və immuniteti artırır

ABŞ - ın Loma Linda Universitetindən olan tədqiqatçılar aydınlaşdırıblar ki, ürəkdən gülmə qanda somatotropin hormonunun səviyyəsini 87% yüksəldir. Bu hormon təkcə boy hormonu hesab edilmir, bu hormon həm də qocalma prosesini ləngidir.

ABŞ -ın Milli Onkologiya İnistitutunun  məlumatına görə, gülüş təkcə boy  hormonunu deyil, həmçinin immunitet sisteminin komponentlərini də dəstəkləyir. O əsasən limfositləri: NK - hüceyrələrinin, B - limfositlərinin və T limfositlərinin işinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Qəhvə, yoxsa çay daha çox içilir?

Britaniya Qəhvə Assosiasiyası bildirib ki, gündə 2 milyarda yaxın fincan içilməklə qəhvə dünyada ən populyar içkidir. Lakin bu, ilk baxışdan belə görünür. Dünyanın  ən çox iki ən çox əhalisi olan ölkəsi - Çin və Hindistanda - cay daha çox içilir. Qəhvəyə Şimali və Cənubi Amerika ölkələrində üstünlük verilirsə, Asiya və keçmiş Sovet İttifaqı ölkələrinin əksəriyyətində üstünlük çaya verilir. Britaniyanın Sheffield Universitetindən coğrafiyaşünas David Grigg hesab edir ki, müqayisə içilən litrlərlə aparılmalıdır. O qeyd edir ki, dünyada istehlak olunan qəhvənin çəkisi çayın çəkisindən 80 faiz artıq olsa da, bir fincan içkiyə 10 qram qəhvə tələb olunur, çaya isə cəmi 2 qram sərf olunur. Riyazi hesablamalar göstərir ki, hər bir fincan qəhvə müqabilində dünyada 3 fincan çay içilir.

Dünyanın ən yaxşı və zəhmli idarəçiləri solaxaylardır

Alimlər solaxaylar və normal insanlardan ibarət iki qrup yaradılıb, onlara müxtəlif işlər tapşırdılar. Solaxaylar digər qrupa nisbətən, daha yaxşı sürücülük edib, yemək bişirib, təmir işlərini uğurla bitirərək, daha yaxşı nəticə göstərdilər. Elə Avstraliya alimlərinin son araşdırmaları da onu göstərir ki, dünyanın ən yaxşı və zəhmli idarəçiləri solaxaylardır. Solaxaylıq daha çox kişilərdə müşahidə olunur. Onların da 53%-i rəssam, idmançı, aktyor, yazıçı və ya musiqiçi olur. 

Çinin bu əyalətində  polis məntəqələrini qazlar qoruyur

Qazlar əla eşitmə və müstəsna görmə qabiliyyətinə malikdirlər. Həmçinin bu quşlar ərazisini qoruyarkən, hətta özlərindən daha güclü  rəqiblərdən qorxmur. Bu da onlara aqressiv və yüksək səslə davranmağa imkan verir. Görünür aqressiv olan quşlar məhz bu səbəbdən Çinin Sincan əyalətində bəzi polis məntəqələrini gecələr qoruyurlar.

Yer üzündə qırmızı, mavi, yaşıl və sarı qanlı canlılar var

Yer kürəsində qanın tərkibindən asılı olaraq müxtəlif  qan rənginə sahib olan  canlılar mövcuddur . Əksər canlıların qanının  tərkibində dəmir olduğu üçün  onların qanının rəngi qırmızı olur. Qanında mis olan heyvanlar isə  mavi qan rənginə sahib olurlar (məsələn, kalamar, xərçəng, hörümçəklər ). Vanabin maddəsi isə öz növbəsində  qanı sarı rəngə boyayır. Sarı qan rəngi adətən böcəklər, dəniz xiyarlarında olur.  Xlorokruorin maddəsi isə  qanı yaşıllaşdırır (qurdlar, zəlilər). Hemeritrin isə qana bənövşəyi rəng verir . Bu cür qan rəngi bir neçə növ qurdlarda rast gəlinir.

18-ci əsrdə yaşamış rus qadını 69 uşaq anası olub

18-ci əsrdə yaşayan  Valentina adlı qadının nə az, nə çox 69 uşağı var idi.  Bu  69 uşağın hamısı bir atadandır. Bu qadın “ Ən məhsuldar ana” adı ilə  “Ginnesin Rekordlar Kitabı”na düşüb.  Qadın 27 dəfə uşaq dünyaya gətirib.Tarixə düşən bu qadının  16 cüt əkiz, yeddi üçəm və dörd dördəm uşaqları var idi. Çox maraqlıdır ki, qəhrəman ananın əri daha sonra başqa bir qadınla ailə həyatı qurub və onun digər qadından da   18 uşağı olub.

Samirə Tağıyeva, “İki sahil”