07 oktyabr 2022 16:09
598

İqlim dəyişikliyi:  Qütb ayılarının nəsli kəsilə bilər

Qütb ayılarının Arktika populyasiyası qlobal istiləşmə səbəbindən yox ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Euronews” telekanalının efirində “Polar Bears International” ekoloji təşkilatının nümayəndələri bildiriblər. Qütb ayısı sürüşən buzlar arasında yaşayır və Arktikanın buz təbəqəsinin sahəsi son bir neçə ildə çox kiçilib: "Qidaya çıxışın olmaması qütb ayılarının gündə iki kiloqram çəki itirərək aclıqdan ölməsinə səbəb olur. Onun fikrincə, belə bir vəziyyət bu heyvan növünün demək olar ki, tamamilə yox olmasına səbəb ola bilər".

Buzların əriməsi qütb ayılarının təbii yaşayış mühitini məhv edir. Buna görə onlar materikə köçməli olurlar, lakin orada suitiləri ovlamaq çox çətindir. Bununla əlaqədar olaraq, ekoloqlar qütb ayıları probleminə diqqət yetirməyə və onların təbiətdə qorunması üçün strategiyalar hazırlamağa çağırırlar.