Hindistanın Naqaur əyalətinin Merta rayonunda özəl xəstəxanada bir-birinə yapışıq iki qardaş dünyaya gəlib. Körpələr dörd qol, dörd ayaq və iki baş ilə eyni bədənə bağlı vəziyyətdə doğulub. Həkimlər doğuşun çətin şəraitdə uğurla başa çatdığını desələr də, körpələrin sağ qalma şansının az olduğu bildirilib.
23 yaşlı əkizlərin anası Jitedra Nayak doğuş sancıları başlayandan sonra xəstəxanaya aparılıb. Doğuşdan əvvəl aparılan sonoqrafiyada körpələrin vəziyyətində anormallıq aşkarlanıb. Lakin doğumun başa çatması ilə həkimlər əməliyyat otağında təəccüblərini gizlədə bilməyiblər. Çünki körpələr bir-birinə yapışıq şəkildə dörd qol, dörd ayaq və iki baş ilə dünyaya gəlmişdi. Əməliyyatı iki ginekoloq və baş cərrah birlikdə həyata keçirib.
İndi körpələrin sağlam olduğuna inanılır, lakin həkimlər belə nadir hallarda çox vaxt sağ qalma nisbətinin aşağı olduğunu qeyd edirlər. Dərin yuxu zamanı çətin nəfəs almaları müşahidə edilən körpələrin sinəsi sürətlə içəri, çölə hərəkət etdiyi bildirilib. Bədənləri iç-içə keçdiyində, hər ikisinin bir-birinə mane olmamaq üçün başlarını bir az arxaya əydiyi bildirilib.
Qeyd edək ki, əkizlərin müalicə və konsultasiya üçün başqa xəstəxanaya göndərildiyi, orada mütəxəssis qrupunun müxtəlif müayinələr, o cümlədən MRT və KT müayinələri aparacağı bildirilir. Bu testlər tamamlandıqdan və nəticələr əldə edildikdən sonra bədənlərinin cərrahi yolla ayrılıb-ayrılmayacağına qərar veriləcək.
Vüsal Cahanov, “İki sahil”