Çinin elektrik avtomobilləri üzrə ixtisaslaşmış “Xpeng Inc” kompaniyasının istehsalı olan “uçan avtomobillər” Dubay səmasında sınaqdan keçirilib.
"İki sahil" xəbər verir ki, Dubay sakinləri ikinəfərlik salonu ən modern avtomobillərə uyğun dizayn edilmiş və helikopter pərləri ilə təchiz olunmuş bu nəqliyyat vasitələri ilə göydələnlərin ətrafında uçuşlar həyata keçiriblər.
Cəmi 90 dəqiqə davam edən uçuşlardan sonra jurnalistlərə müsahibə verən “Xpeng Inc” kompaniyasının baş meneceri Minquan Qui bildirib ki, “uçan avtomobillər” tıxac problemi olan meqapolislər üçün ən mühüm nəqliyyat vasitəsi olacaq. Onun sözlərinə görə, ilk sınaq uçuşlarının Dubayda keçirilməsinin səbəbi bu şəhərin müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl rol oynamasıdır.
SEPAH: Hörmüz boğazında neft tankerinin dəniz minalarına toxunması nəticəsində partlayış baş verib
AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdıran yeni qaydalar təklif edəcək
Tramp: Uğursuzluğa uğrayan İran tez və çarəsiz şəkildə razılaşma bağlamaq istəyir