13 oktyabr 2022 16:30
1388

Şəkərsiz, depressiyasız, sağlam qidalanma - FOTO

Pəhriz həyat tərziniz olsun

Alimlərin  sözlərinə görə , şirniyyat yemək pis vərdiş deyil, bioloji ehtiyacdır. Birincisi, şəkər bütün bədən üçün əvəzolunmaz olan qlükoza ehtiva edir. İkincisi, bu cür məhsulların istifadəsi səbəbindən bədən əhval -ruhiyyəni tənzimləyən, yuxu, iştaha və fəaliyyətdən məsul olan digər hormonların istehsalına kömək edən serotonin istehsal edir.

Bir çox insanlar  pəhriz zamanı şirniyyatlardan tamamilə imtina edilməsinin yalnız lazımsız deyil, həm də belə bir məhdudiyyətin bədənə zərər verə biləcəyini bilmir.  Bu, təbiidir, çünki bədən stress altındadır və ciddi vəziyyəti zərifliklə kompensasiya etməyə çalışır. Tibb elmi sübut etdi ki, kifayət qədər qlükoza almayan insanlar ağır depressiya formalarından daha çox əziyyət çəkirlər. Belədə çox maraqlı sual yaranır. Bəs görəsən pəhriz zamanı hansı desertlerdən istifadə etmək olarmı?

Acı şokolad

Şokoladın tərkibində kakao çox, şəkər isə az olarsa, faydaları bir o qədər çox olar.  Əsasən də pəhrizdə olan insanlar üçün  faydalı olan acı  şokoladın tərkibində kakaonun miqdarı 70% və bundan çox olmalıdır. Kakao paxlası öz növbəsində  pəhriz lifi və maqneziumla zəngindir. Pəhriz zaman bir çox insanlar depressiya düşürlər. Alimlər sübut ediblər ki, pəhriz zamanı  acı şokoladdan istifadə edən insanlarda bu hallar daha az müşahidə olunur. Çünki  kakao tozunun tərkibində stressi aradan qaldıran endorfinlər yəni  əhvalı yüksəldən bir çox maddələr var. Həmçinin şokoladın tərkibində kannabinoid adlı maddə də var ki, bu maddə də  əhval-ruhiyyyəmizə müsbət    təsir edir.

Hematogen

Tərkibində qara albumin var. Hematogen dəmir amin turşuları, vitaminlər və karbohidratlar çatışmazlığını kompensasiya edirək  əhval-ruhiyyəni yaxşılaşdırır, enerji və güc verir, zehni və fiziki fəaliyyəti artırır. Həmçinin idman qidasına əlavə olunan amin turşusu olan L-karnitin sayəsində yağ yandırmağa kömək edir. 50 qramlıqlıq bir ədəd hematogendə  yalnız 149 kkal var. Bu desert hər bir pəhriz menyusuna əlavə oluna bilər.  Əsasən  hematogen şəkərli diabet, karbohidrat mübadiləsinin pozulması və bəzi digər xəstəliklərdə istifadə oluna bilər.

Zefir

Təbii zefir qida boyaları, dadlandırıcılar və əlavələr olmadan hazırlanır. Onun tərkibində meyvə püresi, yumurtanın ağı, dietik şəkər, pektin və ya jelatin kimi təbii qatılaşdırıcılar var. Pektin yağ hüceyrələrinin yanmasını sürətləndirir və qanda xolesterinin səviyyəsini aşağı salır.  Zefir maddələr mübadiləsini normallaşdırır və faydalı elementlərin, xüsusilə yod, dəmir və fosfor çatışmazlığını doldurur. Diyetoloqlar gündə 2-3 zefir yeməyi məsləhət görürlər.

Halva

Yüksək kalorili tərkibinə baxmayaraq, halva pəhriz məhsulu hesab olunur. Tərkibində yaxşı həzm oluna bilən  bitki yağları və lif var. Pəhriz saxlayanlar  üçün   məhsulun gündəlik  norması cəmi 30 qramdır. Halvada da, həmçinin  yaddaş, görmə və ürəyin fəaliyyətinə müsbət təsir göstərən  A, B, E vitaminləri var.

Kəsmikli mus

Sağlamlığımız üçün faydalı olan bu şirniyyat düzgün hazırlandıqda  az kalori ehtiva edir .  Tərkibində olan  kəsmik maddələr mübadiləsinin normallaşmasına kömək edir, həzm prosesini yaxşılaşdırır. Bu şirniyyat növü nəinki pəhriz saxlayan insanlar üçün faydalıdır , həm də  əhval-ruhiyyəni yaxşılaşdırır, yuxusuzluğu aradan qaldırır, qaraciyər və mədəaltı vəzi xəstəliklərində faydalıdır.

Qurudulmuş meyvələr

Qurudulmuş meyvələr sürətli karbohidratların, liflərin, üzvi turşuların, vitaminlərin, pektinlərin, mikroelementlərin (kalsium, dəmir, xrom, kalium, maqnezium və s.) təbii mənbəyidir. Qurudulmuş meyvələr qan dövranının, ürəyin, beynin işini normallaşdırır, həzmi yaxşılaşdırır. Bədənimizdə toplanan artıq  şlaklardan qurtulmağa kömək edirək pis xolesterolu azaldır.  Pəhriz zamanı istifadə olunan  qurudulmuş meyvələr siyahısında gavalı birinci yeri tutur.

Qoz-fındıq

Fındıq əla protein mənbəyidir. Bu təbii məhsulun tərkibində çoxlu dəmir, yağ turşuları, sink, maqnezium və E vitamini var. Onlar xolesterini aşağı salır, ürəyin fəaliyyətini normallaşdırır, qan damarlarını təmizləyir. Tərkibində çoxlu miqdarda yodun olmasına görə qoz-fındıq qalxanvari vəz xəstəlikləri olanlar üçün də çox xeyirlidir. Onunla qidalanmaq mübadilə proseslərini və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, fiziki gücü artırır, əzələlərə müsbət təsir göstərir.

Elmi araşdırmalar sübut edib ki, 1 ovuc çərəzin gündəlik istehlakı arıqlamağa kömək edir. Çərəzlər iştahanı azaldır, insanı uzun müddət ərzində tox saxlayır.

Samirə Tağıyeva, “İki sahil”