ABŞ-da bir oftalmoloq xəstənin gözündən 23 kontakt linza çıxarıb.
“İki sahil” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan şok görüntülər qısa zamanda məhşur olub.
Kaliforniyalı həkim Kurteevanın bir-bir çıxartdığı kontakt linzaların videosunun bir milyondan çox baxışı olub.
“İnstagram” paylaşımına görə, xəstə 23 gün ərzində digərlərini çıxarmadan gözünə hər gün yeni kontakt linza taxıb. Həkim Kaliforniya Göz Assosiasiyasının səhifəsində “Nadir haldır ki, birinin gecələr kontakt linzalarını gözlərindən çıxarmağı unudur və hər səhər yeni linzalar taxmağa davam edir” deyə yazıb.
Həkm Kurteeva xəstənin ağrı və bulanıq görmə ilə şikayətindən sonra gördüklərinə inana bilmədiyini deyib.
20 illik peşə həyatımda belə hal ilə rastlaşmadım
Kurteeva “Insider”ə açıqlamasında “nə baş verdiyinə dair ehtimallar beynimdən keçdi: sınmış kontakt linza parçası, buynuz qişada cızıq, infeksiya, kirpik və ya makiyaj qalıqları. Yalnız müayinədən sonra əmin ola bilərdim" deyə bildirib. Həkim daha sonra sözlərinə belə davam edib: “Xəstədən aşağı baxmasını istəyəndə bir neçə kontakt linzanın kənarlarının bir-birinə yapışdığını gördüm. Linzaları çıxartdıqda onların daha çox olduğunu hiss etdim və köməkçimdən çıxarma prosesini qeydə almaq üçün telefonumu gətirməsini xahiş etdim. Xəstədən yenidən aşağı baxmasını istəyəndə onun gözünə böyük bir tünd bənövşəyi kontakt linzalar yapışdığını gödüm. Demək olar ki, ikinci gözbəbəyi kimi görünürdü. Mən linzaları bir-bir ayırmaq üçün pambıq çubuqdan ehtiyatla istifadə etməyə başladım. Linzalar zəncir şəklində göz qapaqlarından asılmışdı.”
Həkim açıqlamasında əlavə edib ki, 20 ilə yaxın peşə həyatımda belə bir şey görməmişdim: “Xəstə də buna inana bilmədi və saydığım rəqəmdən əmin olub-olmadığımı soruşdu.”
Həkim Kurteeva xəstəyə göz damcıları tökülərək evə buraxıldığını və özünü indikindən daha yaxşı hiss etdiyini söylədi.
Vüsal Cahanov, “İki sahil”