20 oktyabr 2022 12:52
662

Ərdoğan Azərbaycana gəldi CANLI

Türkiyə Prezidentinin təyyarəsi Zəngilan Hava Limanına eniş edib.

“İki sahil” xəbər verir ki,  Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidentini bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi və digər rəsmi şəxslər müşayiət edir.