Farer adaları Atlantik okeanında Şotlandiya və İslandiya yaxınlığında yerləşən yüzlərlə ada və qayalardan ibarət arxipelaqdır. Farer adaları füsunkar mənzərəsi ilə mütləq ziyarət edilməli və araşdırılmalı yerlərdən biridir. Bu ada haqqında bilmədiklərinizi sizə təqdim edirik.
Adaya turistlərin girməsi qadağandır
Təbii gözəlliyi və okeanın ortasında bənzərsiz tənhalığı ilə kifayət qədər turistik yer olan bu adalarda 2019-cu ildə qəbul edilən qərara əsasən turizmə ara verilib. Bir çox turizm yerləri bağlandı və bunun əvəzinə yerli sakinlər yürüş yollarını və digər mühüm infrastrukturu qorumağa kömək etməyə dəvət edildi. Bu qərarın adaların təbii gözəlliklərini qorumaq üçün atıldığı düşünülür.
Şəhər içində avtobuslar pulsuzdur
Farer adalarının paytaxtı Torshavn bələdiyyəsi maraqlı bir xidmət göstərir. Torshavn bələdiyyəsində və ətrafında səkkiz avtobus marşrutu tamamilə pulsuzdur. Hər nə qədər bələdiyyə avtobusları pulsuz olsa da, onlardan istifadə etməyə ehtiyacınız olmaya da bilər. Çünki burada cəmi 20 min insan yaşayır və şəhərin istənilən yerinə piyada getmək mümkündür.
750-dən çox ada var
Farer adalarını arxipelaq kimi təqdim etmək əslində kifayət olmaya bilər. Farer adaları 750-dən çox adadan ibarətdir. Ancaq bu 750 adadan yalnız 18 adada real həyat var. Adaların ən böyüyü Streymoydur və həm də paytaxt Torshavn ilə bağlı olduğu üçün ən sıx məskunlaşmış adadır. İkinci böyük ada Eysturoydur və burada 10 mindən çox insan yaşayır.
Əvvəllər Norveçin bir hissəsi olub
Yüz illər boyu Farer adaları 1814-cü il Kil müqaviləsi ilə Danimarkaya verilənə qədər Norveçin bir hissəsi hesab olunurdu. 1948-ci ildən bəri özünü müstəqil idarə edən adaların öz parlamentləri var və müdafiə, polis və xarici işlər istisna olmaqla, qanunvericilik sahələrinin əksəriyyətinə nəzarət edirlər. Məktəblərdə Danimarka dili öyrədildiyi halda, farer dili milli dil hesab olunur.
70 mindən çox qoyun var
Farer adaları üçün maraqlı faktlardan biri də bu adalarda təxminən 70 mindən çox qoyunun olmasıdır. Farer adalarının son rəsmi siyahıyaalınmasında əldə edilən insanların sayını nəzərə alsaq, insan əhalisinin qoyun sayından aşağı olduğu bilinir.
Vüsal Cahanov, “İki sahil”