Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtər şəhərində vətəndaşları qəbul edib.
“İki sahil” quruma istinadən xəbər verir ki, qəbul şəhərdəki Gənclər Mərkəzinin inzibati binasında keçiriib.
Qəbulda Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların şikayətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Dövlət Miqrasiya Xidmətinə 2026-cı ilin avqust ay ərzində daxil olmuş zənglər
Ağsu rayonunda müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə təlimlərin 2-ci günü keçirilib
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq