Ötən gün ölkəmizdə aparılan 2 min 540 test nəticəsində məlum olub ki, 56 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 822 min 908-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 2 nəfərin dünyasını dəyişməsi nəticəsində ölən virus daşıyıcılarının ümumi sayı 9 min 937-yə yüksəlib.
Daha 57 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 812 min 601-ə yüksəlib.
Emin Əmrullayev: Şagird sayı az olan kənd məktəblərinin bağlanması məsələsinə baxırıq
Kimya İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda elmi məruzə ilə çıxış edib
Təhsil Tələbə Krediti Fondu ilə Liv Bona Dea Hospital arasında Anlaşma Memorandumu imzalanıb