Bu gün "Sərhədçi" İdman Mərkəzinin idman zalında keçirilən iki qarşılaşma ilə Azərbaycan Basketbol Liqasının (ABL) 2-ci turuna yekun vurulub.
Basketbol Federasiyasından “İki sahil”ə verilən xəbərə görə, günün ilk görüşündə "AAAF Xırdalan BK" komandası "Sabah BK" basketbolçuları ilə qarşılaşıb.
Oyun Xırdalanlıların rəqibi üzərində 79-73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları "AAAF Xırdalan BK" Deymon Makdouel (24 xal, 6 ribaund), "Sabah BK"dan isə Kristiyan Roller (17xal, 12 ribaund) olublar.
Turun sonuncu oyunu region komandası "Olimpik Şəki BK" və ilk turda qələbə qazanmış "NTD BK" basketbolçuları arasında keçirilib.
"NTD BK" basketbolçuları matçdan 98-74 hesablı qələbə ilə ayrıldılar.
Görüşün ən məhsuldar basketbolçuları "Olimpik Şəki BK"dan Ceyson Brauer (22 xal, 9 ribaund), "NTD BK"dan isə Stenford Vilyam (28 xal, 6 asist) olub.
Qeyd edək ki, 3-cü turun oyunları 26 və 29 oktyabr tarixlərində keçiriləcək.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 11-ci TURA START VERİLİB 12 sentyabr 2026
Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya çempionatında gümüş medal qazandılar
AZƏRBAYCAN KOMANDASI XÜSUSİ OLİMPİYA AVROPA AÇIQ ÜZGÜÇÜLÜK YARIŞI MALTA 2026-DA ESTAFET ÜZRƏ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB
“SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA YEKUN VURULUB