14 sentyabr 2026 00:43
98

“Bavariya” səfər matçında 2:1 hesabı ilə qalib gəlib

Münxenin “Bavariya” klubu Bundesliqanın 3-cü turunda səfərdə “Elversverq” ilə qarşılaşıb.

“İki sahil” xəbər verir ki, “Bavariya” səfər matçında 2:1 hesabı ilə qalib gəlib. Münxenlilərin heyətində Lennart Karl (26) və Harri Keyn (72) fərqləniblər. Günün digər oyununda isə “Lepysiq” öz meydanında “Hamburger”i darmadağın edib – 5:0.

Turun ötən gün oynanılan digər görüşlərində “Borussiya Dortmund” öz meydanında “Paderborn”un qapısından üç cavabsız top keçirib. “Bayer Leverkuzen” isə səfərdə “Auqsburq” ilə heç-heçə edib – 2:2.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

“Union Berlin” – “Şalke 04” – 1:3

“Hoffenhaym” – “Ştutqart” – 2:1

“Frayburq” – “Borussiya Mönxenqladbax” – 5:0

“Maynts” – “Ayntraxt Frankfurt” – 1:3.

“Köln” – “Verder Bremen” – 1:1

Üç turdan sonra “Frayburq” və “Borussiya Dortmund” 9 xalla ilk iki pillədə qərarlaşıb. Aktivində 7 xal olan “Auqsburq” üçüncü, “Bavariya” isə dördüncü sırada yer alıb.