“Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən “ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir.
“İki sahil” xəbər verir ki, kampaniya çərçivəsində Şəmkir Gənclər Evi, Şəmkir və Ucarda yerləşən Heydər Əliyev Mərkəzlərində region gəncləri ilə baş tutan görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, “Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Ümumilikdə kampaniya çərçivəsində Şəmkir və Ucarda baş tutan görüşlərdə 500-dən çox gənc iştirak edib.
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib