27-28 oktyabr tarixlərində Paris şəhərində UNESCO baş qərargahında Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyası keçirilib.
“İki sahil” xəbər verir ki, sessiya çərçivəsində, oktyabrın 28-də nazir Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) Bakıda keçirilməsi ilə bağlı Komitə üzvlərinə Azərbaycana dair təqdimatla çıxış edib.
Sonra Azərbaycan hökuməti ilə UNESCO arasında MINEPS VII konfransının 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsinə dair Ev sahibi müqaviləsi imzalanıb. Müqaviləni Azərbaycan Hökuməti adından gənclər və idman naziri Fərid Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.
Özbəkistan müftisi dini təhsil müəssisələrinin elmi heyətlərinin yaradılmasını təklif edib
İranın Baş prokuroru humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
Milli Məclisdə əhalinin məşğulluğunun artırılmasına həsr edilən ictimai dinləmə keçiriləcək
Azərbaycan və Çin dövlət təhlükəsizliyi sahəsində əməkdaşlıq sazişi imzalayıb - FOTO