Ağdam rayonunda zəncirvari yol qəzası baş verib.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, eyni istiqamətdə hərəkət edən Kamaz markalı yük maşını Mersedes markalı minik maşınına, Mersedes isə BMV markalı maşına çırpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatalada yanğın-taktiki təlim keçirib - VİDEO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub -FOTOLAR