23 noyabr 2022 02:35
298

Ən qəribə toy gecəsi ənənələri

Bütün dünya xalqlarında toy şənliyinə aid rituallar və adət-ənənələr istənilən qədərdir. Bəs ilk toy gecəsi haqqında nə demək olar? Bununla bağlı hər hansı bir adət varmı? Dünyanın fərqli yerlərində ən qəribə və qeyri-adi toy gecəsi ənənələri ilə tanış olduqda təəccüblənməyə bilməyəcəksiniz:

Pəncərənin altında serenada

Fransada ilk toy gecəsi əvvəllər çox səs-küylü olurdu. Ənənəyə görə, yeni evlənənlərin pəncərəsi altında bütün dostları və qohumları toplanır və mahnı oxuyurdular (qışqıraraq oxuyurlar), tavalar və qazanlara döyəcləyərək oynayırlar. Və yalnız yeni evlənənlər onlara içmək və ya yemək təklif etdikdə dayanırlar.

Anbarda toy gecəsi

Çoxları həyatı boyu ilk evlilik gününü beşulduzlu oteldə keçirəcəklərini xəyal edirlər. Lakin Şotlandiyanın Mull adasında gənclər ilk gecəni evdən kənarda, tövlədə və ya digər yardımçı tikililərdə saman üstündə keçirməli olurdular. Çünki, qonaqlar onları evdən qovurdular.

Nə qədər çox adam olsa o qədər yaxşıdır

18-ci əsrə qədər Avropada gəlinlə bəyin yaxın bir neçə nəfəri gecəni özü müşahidə edə bilirdi. Bu, nikahın baş tutduğunu rəsmən təsdiqləmək üçün edilirdi.

Çarpayıda pendir

Şotlandiyada bir vaxtlar uğur rəmzi olaraq pendiri yatağa aparmaq ənənəsi var idi. Dəsmallar arasında əzilmiş pendir də xüsusi “ətir” verirdi.

Üç gün ardıcıl olaraq tualetə getməyin və yuyunmayın

İndoneziya və Malayziyada bir vaxtlar yeni evlənənlərə toydan sonra üç gün tualet və hamamdan istifadə etməyə icazə verilməyib. Onlara evdən çıxmağa icazə verilmir və ən az miqdarda yemək və içki verilirdi.

Hind çarpayıları

Adətə görə, gəlin ailə üzvlərinin əhatəsində yataq otağında yorğanın altında gizlənir. Bəy qohumları ilə otağa girərək çadranın hansı tərəfinin üzü, hansının isə ayaqları gizlətdiyini müəyyənləşdirməyə çalışır. Bəy gəlinin başının harada olduğunu təxmin edərsə, işarəyə görə, bütün nikah boyunca gəlinlə bərabər xoşbəxt yaşayacaqdır. Əgər bəy təsadüfən ayaqlarını seçibsə, o, ömrünün sonuna qədər gəlinə xidmət etməyə borclu olur.

Balıqla döyəcləmək

Koreyada bəyin dostları toy gecəsində ona kömək etmək üçün toplaşırdılar. Bəyin corabını çıxarıb, ayaqlarını bağlayıb, nə qədər qəribə olsa da dabanına balıqla vururdular. Oyun zamanı yeni evlənəni sorğu-suala tuturdular və cavabları dostlarını razı salmasa onu daha da döyürdülər. Balıqla döyülmənin kürəkən üçün toy gecəsini daha yaxşı keçirməyə kömək etdiyinə inanılırdı.

Nubar Süleymanova, “İki sahil”