24 noyabr 2022 15:51
107

“Mançesyer Yunayted” üçün 10 milyard dollar xərcləmək istəmirlər

"Mançester Yunayted"in sahibləri klubu satmaq üçün sərfəli təklif almayıblar.

"İki sahil" “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin ortaq sahibi Avram Qleyzero  öz açıqlamasında bildirib. O deyib: “Dünən elan etdiyimiz kimi, rəhbərlik bütün prosesləri izləyir. Strateji alternativləri dəyərləndirmək istəyirik. Bizim gördüyümüz iş budur. Bunun bizi hara aparacağını görəcəyik”. 

Qeyd edək ki, "Mançester Yunayted" futbol klubunun digər sahibi Avram Qleyzerin qardaşı Coel Qleyzerdir. Ötən ay Qleyzer ailəsi klubu 10 milyard dollar qarşılığında satmaq istədiklərini açıqlayıb.