07 sentyabr 2024 22:42
266

Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir - Toral Bayramov

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Millətlər Liqasının 2-ci turunda Slovakiya ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında açıqlama verib. 

“İki sahil” xəbər verir ki, 23 yaşlı müdafiəçi meydana qələbə üçün çıxacaqlarını deyib: “Bizi çox güclü kollektivə qarşı çətin oyun gözləyir. Rəqib son Avropa çempionatında uğurlu çıxış edib. Buna baxmayaraq, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirərək, yaxşı oyunla qələbə qazanmağa çalışacağıq. Bunu bacaracaq gücümüz var. Komandamızda ab-hava yaxşıdır”.

Qeyd edək ki, sözügedən oyun sabah Slovakiyanın Koşitse Futbol Arenasında keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.