24 noyabr 2022 17:00
345

DÇ-2022-də vurduğu qolu bu səbəbdən qeyd etmədi

İsveçrə millisinin futbolçusu Bril Embolo DÇ-2022-nin ilk turunda Kameruna vurduğu qolu qeyd etməyib. 

“İki sahil” xəbər verir ki, buna səbəb 25 yaşlı hücumçunun məhz Kamerunda doğulmasıdır. 

Embolo 1997-ci il fevralın 14-də bu ölkənin paytaxtı Yaunde şəhərində dünyaya gəlib. Ona görə də forvard görüşün 48-ci dəqiqəsində vurduğu qolu qeyd etməyib. 

Qeyd edək ki, hazırda davam edən İsveçrə - Kamerun matçında 2-ci hissə oynanılır və hesab 1:0-dır.