Noyabrın 23-də SOCAR-ın Baş ofisində şirkət rəhbərliyinin iştirakı ilə “Neft Daşları” qəzetinin 55 illik yubileyi münasibətilə mükafatlandırılma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, SOCAR-ın prezidenti cənab Rövşən Nəcəfin əmri ilə qəzetin baş redaktoru Xeyrulla Ağayev “Fəxri neftçi” döş nişanı, qəzetin müxbirləri Zahir Mehrəliyev və Bəhruz Məmmədov Fəxri fərmanla təltif olunublar.
Mükafatlara görə təşəkkür edən qəzet əməkdaşları Azərbaycan neft sənayesinin uğurlu inkişaf yolu və neftçi qəhrəmanlığının işıqlandırılması istiqamətində bundan sonra da böyük məsuliyyət və səylə çalışacaqlarını bildiribilər. Sonda qəzet əməkdaşları öz kitablarını “Azərbaycan nefti” sərgisinə hədiyyə ediblər.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO